Previous Next
Bağla

Nar bayramı əsgərlərlə qeyd edib-Foto

27-03-2018 16:34
Nar bayramı əsgərlərlə qeyd edib-Foto

Nar Novruz bayramı ərəfəsində daha bir əhəmiyyətli sosial layihəyə imza adıb.

Xeberler.az bildirir ki, milli önəm kəsb edən məsələləri diqqət mərkəzində saxlayan Nar Müdafiə Nazirliyi ilə birgə cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birinə səfər edərək Azərbaycan Ordusunun əsgərləri ilə görüş keçirib.

Görüş zamanı hərbi hissədə xidmət edən əsgərlərə xüsusi sürpriz hazırlanmışdı. Belə ki, Nar-ın dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrindən 100-dən çox valideynin cəbhə bölgəsində yerləşən “N” nömrəli hərbi hissəyə gəlişi təşkil edilib. Müdafiə Nazirliyi ilə birgə həyata keçirilən bu bayram sürprizi nəticəsində valideynlər cəbhədə xidmət göstərən övladları ilə bərabər Novruz bayramını qeyd edib.

Görüşdə iştirak edən “Azerfon” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov öz çıxışında milli adət və ənənələrin təşviqi, vətənpərvərlik kimi dəyərlərin Nar brendinin əsas amallarından olduğunu bildirib.

“Azərbaycan əsgəri bizim güvənc yerimiz, qürur mənbəyimizdir. Novruz bayramı ərəfəsində əsgərlərimizlə birlikdə olmaq bizim mənəvi borcumuzdur. Vətənin keşiyində duran qəhrəman əsgərlərimizi təbrik edir, onlara bu şərəfli yolu uğurla başa vuraraq tezliklə yaxınlarına, sevdiklərinə qovuşmalarını arzu edirəm”, - deyə cənab Axundov qeyd edib.

Tədbir zamanı xüsusi konsert proqramı təşkil edilməklə yanaşı əsgərlərə Nar-dan xüsusi hədiyyələr, o cümlədən, 200-dən çox kitab hədiyyə olundu.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü ərəfəsində təşkil edilən görüşün məhz zəngin adət-ənənələrimizi tərənnüm edən Novruz bayramında keçirilməsi şanlı ordumuzun gecə-gündüz vətən keşiyində duran qəhrəman əsgərlərini sevindirmək, onlara olan dərin hörməti bir daha əyani şəkildə çatdırmaq məqsədi daşıyırdı.

Xeberler.az

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nar” Novruz bayramını azad edilmiş ərazilərdə əsgərlərlə qeyd edib

15-03-2022

“Nar” bir sıra hərbi hissədə mobil danışıq nöqtəsi yaratdı

27-06-2019

"Nar" Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik etdi

26-06-2023

“Nar” YAŞAT Fondu ilə birlikdə şəhid ailələri və qazilərə Novruz sovqatları təqdim edib

19-03-2021

“Nar” Silahlı Qüvvələr Gününü işğaldan azad edilmiş ərazidə xidmət edən əsgərlərlə birgə qeyd etdi

26-06-2021

"Nar" Naxçıvanın İnkişaf Fonduna 250 000 AZN ianə edib

19-03-2022

Nar abunəçiləri üçün Novruz kampaniyası

19-03-2019

Nar Mobile xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi keçirib

18-03-2011

Nar mətbuat nümayəndələrini bir araya topladı

17-12-2018

“Azercell Könüllüləri”ndən igidlərimizin ailələrinə “Novruz Payı”

20-03-2021

NEQSOL Holding Novruz Bayramı münasibətilə “YAŞAT” Fonduna 500 000 manat vəsait köçürüb

19-03-2022

“Nar” mətbuat nümayəndələrini təbrik etdi

24-07-2018

“Google” Novruz Bayramı münasibətilə dudl hazırlayıb

20-03-2025

İlk Novruz hədiyyəniz Azercell-dən olsun

25-02-2020

Nar media nümayəndələrini bir araya topladı

22-07-2019

Nar jurnalistlər ilə görüşüb

11-05-2018

Nar Qurban bayramı münasibətilə pulsuz dəqiqələr hədiyyə edir

21-08-2018

“Nar” qəbul imtahanlarında yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

14-08-2018

Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi    

20-07-2022

Nar Göyçayda keçirilən festivalda aktiv iştirak etdi

05-11-2018

“Nar” Zəfər Gününə həsr olunmuş “Yaşa, Vətən!” kommunikasiyasına start verir

04-11-2021

Azərbaycanda Novruz bayramı qeyd olunur

20-03-2017

Azərbaycanda Novruz bayramı qeyd olunur

20-03-2018

Nar abituriyentlərə xüsusi mükafatlar təqdim edib

10-08-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə