“Nar” satış şəbəkəsinin təmsilçiləri ilə görüş keçirib

25-12-2023 / 14:14

Mobil operator ölkə boyunca satış xidmətlərini həyata keçirən diler təmsilçiləri ilə illik yekun görüşü keçirdi. Görüş zamanı “Nar”ın satış göstəriciləri, tətbiq etdiyi yeniliklər və əldə etdiyi nailiyyətlər təqdim olunub.

Üstün müştəri məmnuniyyətinin təmin edilməsi və sərfəli qiymət siyasəti nəticəsində “Nar” yeni qoşulan abunəçi sayı və eləcə də, ümumilikdə satış göstəricilərini yüksəltməyə nail olduğu haqqında məlumat verilib. Bununla yanaşı, 2023-cü ildə Bakı, Gəncə, Gədəbəy, Goranboy, Göygöl, Kürdəmir, Laçın, Mingəçevir, Neftçala, Qəbələ, Şəki, Şərur, Tovuz və Zərdab şəhərlərində yenilənmiş “Nar” diler mağazaları uğurla abunəçilərə təqdim olunub.

Tədbirdə Laçın rayonunda və həmçinin, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xususi nümayəndəlikləri iştirak ediblər. Dövlət rəsmiləri Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan işgüzar mühit və azad edilmiş ərazilərin biznes potensialı haqqında görüş iştirakçılarını məlumatlandırıblar.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə