Previous Next
Bağla

Nar tələbələr üçün xüsusi mükafat təsis edib

13-10-2016 17:10
Nar tələbələr üçün xüsusi mükafat təsis edib

Nar özünün KSM strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

 Bir neçə ay öncə Azərbaycan Texniki Universitetində xüsusi avadanlıqlarla təchiz edilmiş Nar laboratoriyasının açılışını edən mobil operator AzTU ilə olan əlaqələrini müxtəlif istiqamətlərdə inkişaf etdirir.

Xeberler.az-ın məlumatına görə, bu gün  AzTU-da təşkil edilən Nar günü proqramı çərçivəsində tədris semestrinin sonunda ən yaxşı tələbələrin seçiləcəyi barədə elan verilib.

Beləliklə, hər semestrdə ən yaxşı nəticələri göstərmiş 3 tələbə artıq Nar tərəfindən xüsusi hədiyyələrlə təltif ediləcək. İmtahan sessiyasında göstərdikləri nəticələrə uyğun olaraq, 1-ci, 2-ci və 3-cü yerləri tutmuş tələbələr mobil operatordan dəyərli hədiyyələr qazanacaqlar. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən Nar-ın bu təşəbbüsü tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verəcək.   

Xatırladaq ki, Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində universitetdə Nar GSM laboratoriyası yaradılmış, tələbələr GSM sahəsi üzrə müxtəlif nəzəri biliklər və təcrübə əldə etmək fürsəti qazanıb.

Nar-ın müasir telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada peşəkar texniki işçi heyəti tərəfindən tələbələr üçün təlimlər və seminarlar keçirilir. Proqram çərçivəsində praktiki biliklərini inkişaf etdirən bir qrup gənc ixtisaslı kadr kimi yetişmək üçün mobil operatorda ilk addımlarını atmışdır. Universitetdəki laboratoriyanın təchizatı və tələbələr üçün nəzərdə tutulmuş təcrübə proqramı Nar-ın gənclər və təhsilə yönəlmiş KSM strategiyası çərçivəsində həyata keçirilir.

Nar KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar. 

 

Günel 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar ən yaxşı tələbələri mükafatlandırıb

26-02-2018

Nar tələbələri mükafatlandırıb-Foto

07-02-2017

Nar AzTU-da tələbələr üçün mobil rabitə təlimi təşkil etdi

01-11-2018

Nar tələbələr üçün təlim təşkil edib-Foto

19-05-2017

Nar tələbələri mükafatlandırıb

07-07-2017

Nar fərqlənən tələbələri mükafatlandırdı

28-02-2019

AzTU-nun fərqlənən tələbələri Nar tərəfindən mükafatlandırıldı.

11-07-2018

Nar 700 bal toplamış abituriyentləri mükafatlandıracaq

20-06-2018

Nar tələbələr üçün yeni iş imkanları təklif edir

17-12-2018

Nar-dan tələbələrə təqaüd proqramı

22-09-2018

Nar rabitədə fərqlənən tələbələri mükafatlandırdı

29-07-2019

“Nar” yerli telekom peşəkarlarını yetişdirir

18-11-2023

“Nar”ın keçirdiyi “Mobil rabitənin əsasları” təlimi yekunlaşıb

17-11-2021

Gənc İT mütəxəssisləri Nar şəbəkəsində təcrübə keçir

10-03-2023

“Nar” yerli İT mütəxəssislərini yetişdirir

09-06-2023

Nar-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

13-11-2018

“Nar” gələcəyin İT peşəkarlarını yetişdirməyə davam edir

01-12-2021

"Nar" yerli İT peşəkarlarının yetişməsinə dəstək olur

30-11-2022

Nar tələbələr üçün təqaüd proqramı elan edir

23-09-2019

5 tələbə Nar-dan təqaüd alacaq

12-10-2018

“Nar” yerli İKT peşəkarlarının yetişməsinə dəstək olur

30-10-2021

Nar-dan ADA Innovation Awards 2019-a dəstək

26-04-2019

“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı

23-02-2024

“Nar” AzTU-nun ən yaxşı tələbələrini mükafatlandırdı

04-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə