Previous Next
Bağla

Nar AzTU-da tələbələr üçün mobil rabitə təlimi təşkil etdi

01-11-2018 10:18
Nar AzTU-da tələbələr üçün mobil rabitə təlimi təşkil etdi

“Nar” özünün KSM strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Mobil operatorun AzTU-da tələbələr üçün “Mobil rabitənin əsasları” mövzusunda növbəti təlimi baş tutub. Təlim “Nar”-ın yerli mütəxəssislərindən ibarət peşəkar texniki heyəti tərəfindən keçirilib. Təlimə qatılan tələbələr və gənc mühəndislər mobil şəbəkənin fəaliyyəti, mobil internetin əsasları, 2G, 3G və 4G rabitə texnologiyaları, mövcud şəbəkələrin işləmə prinsipi və inkişafı haqqında nəzəri və təcrübi biliklər əldə ediblər.

Xeberler.az  bildirir ki, tələbələrə telekommunikasiya ilə bağlı suallar verilib. Sualları düzgün cavablandıran tələbələr “Nar” tərəfindən xüsusi hədiyyələr qazanıblar. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar”-ın bu təşəbbüsü tələbələrin dərslərində daha uğurlu olmalarına və gələcək karyeralarında lazım olacaq məlumatlar əldə etmələrinə xidmət edir.

Xatırladaq ki, 2016-ci ildə Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində universitetdə “Nar” GSM laboratoriyası yaradılıb. Müasir telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada peşəkar texniki işçi heyəti tərəfindən tələbələr üçün təlim və seminarlar keçirilir. Tələbələr mobil rabitə üzrə müxtəlif nəzəri biliklər və təcrübə əldə etmək fürsəti qazanırlar. Proqram çərçivəsində praktiki biliklərini inkişaf etdirən bir qrup gənc ixtisaslı kadr kimi yetişmək üçün mobil operatorda ilk addımlarını atır. Universitetdəki laboratoriyanın təchizatı və tələbələr üçün nəzərdə tutulmuş təcrübə proqramı “Nar”-ın gənclər və təhsilə yönəlmiş KSM strategiyası çərçivəsində həyata keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar tələbələr üçün təlim təşkil edib-Foto

19-05-2017

Nar tələbələr üçün xüsusi mükafat təsis edib

13-10-2016

Nar ən yaxşı tələbələri mükafatlandırıb

26-02-2018

Nar tələbələri mükafatlandırıb-Foto

07-02-2017

Nar tələbələri mükafatlandırıb

07-07-2017

Nar fərqlənən tələbələri mükafatlandırdı

28-02-2019

AzTU-nun fərqlənən tələbələri Nar tərəfindən mükafatlandırıldı.

11-07-2018

“Nar”ın keçirdiyi “Mobil rabitənin əsasları” təlimi yekunlaşıb

17-11-2021

“Nar” yerli telekom peşəkarlarını yetişdirir

18-11-2023

Nar tələbələr üçün yeni iş imkanları təklif edir

17-12-2018

“Nar” yerli İKT peşəkarlarının yetişməsinə dəstək olur

30-10-2021

Gənc İT mütəxəssisləri Nar şəbəkəsində təcrübə keçir

10-03-2023

“Nar” yerli İT mütəxəssislərini yetişdirir

09-06-2023

Nar rabitədə fərqlənən tələbələri mükafatlandırdı

29-07-2019

"Nar" yerli İT peşəkarlarının yetişməsinə dəstək olur

30-11-2022

“Nar” gələcəyin İT peşəkarlarını yetişdirməyə davam edir

01-12-2021

“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı

23-02-2024

Nar tələbələrə mobil şəbəkə gücünü nümayiş etdirdi

29-05-2019

Naxçıvan Dövlət Universitetində “Mobil rabitə təlimi” keçirildi

14-04-2022

Nar tələbələr üçün təqaüd proqramı elan edir

23-09-2019

Nar-dan tələbələrə təqaüd proqramı

22-09-2018

Nar 700 bal toplamış abituriyentləri mükafatlandıracaq

20-06-2018

Texniki Universitetdə mobil rabitə laboratoriyası açılıb-Foto

14-04-2016

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

01-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə