Previous Next
Bağla

Nar tələbələri mükafatlandırıb

07-07-2017 15:06
Nar tələbələri mükafatlandırıb

Nar  özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

Ötən il Azərbaycan Texniki Universitetində xüsusi avadanlıqlarla təchiz edilmiş Nar laboratoriyasının açılışını edən mobil operator AzTU ilə olan əlaqələrini müxtəlif istiqamətlərdə inkişaf etdirir.

Xeberler.az-ın məlumatına görə, universitet ötən semestrdə Radiotexnika və rabitə fakültəsinin ən yaxşı nəticə göstərmiş tələbələrinin adlarını artıq elan edib. Tədris semestrinin ən yaxşı 3 tələbəsi – Kənan Babalı, Firuzə Məmmədova və Orxan Məmmədov müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerləri tutmaqla Nar tərəfindən xüsusi hədiyyələrə layiq görülüblər. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən Nar bu təşəbbüsü ilə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə davam edir.

Xatırladaq ki, Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində universitetdə Nar GSM laboratoriyası yaradılıb, tələbələr GSM sahəsi üzrə müxtəlif nəzəri biliklər və təcrübə əldə etmək fürsəti qazanıblar.

Nar-ın müasir telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada peşəkar texniki işçi heyəti tərəfindən tələbələr üçün təlimlər və seminarlar keçirilir. Proqram çərçivəsində praktiki biliklərini inkişaf etdirən bir qrup gənc ixtisaslı kadr kimi yetişmək üçün mobil operatorda ilk addımlarını atıb. Universitetdəki laboratoriyanın təchizatı və tələbələr üçün nəzərdə tutulmuş təcrübə proqramı Nar-ın gənclər və təhsilə yönəlmiş KSM strategiyası çərçivəsində həyata keçirilir.

Mobil operatorun KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.

Azerfon şirkəti 21 mart 2007-ci ildə Nar Mobile ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. Nar ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan Nar hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.   

Günel

   

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar ən yaxşı tələbələri mükafatlandırıb

26-02-2018

Nar tələbələr üçün xüsusi mükafat təsis edib

13-10-2016

Nar tələbələri mükafatlandırıb-Foto

07-02-2017

Nar AzTU-da tələbələr üçün mobil rabitə təlimi təşkil etdi

01-11-2018

Nar tələbələr üçün təlim təşkil edib-Foto

19-05-2017

Nar fərqlənən tələbələri mükafatlandırdı

28-02-2019

AzTU-nun fərqlənən tələbələri Nar tərəfindən mükafatlandırıldı.

11-07-2018

Nar və Avtostop radio verilişindən maraqlı təklif

21-06-2017

“Nar” qəbul imtahanlarında yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

14-08-2018

Nar 794 ədəd 4G baza stansiyası quraşdırıb

06-07-2017

Nar 700 bal toplamış abituriyentləri mükafatlandıracaq

20-06-2018

“Nar” gənclərin onlayn keçirdikləri tədbirə dəstək olub

16-06-2020

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

01-07-2019

Nar rabitədə fərqlənən tələbələri mükafatlandırdı

29-07-2019

“Nar” “Zirə” Peşəkar Futbol Klubunun tərəfdaşı Olacaq

13-08-2021

Nar-dan yay kampaniyası

15-06-2017

Nar rominq qiymətlərini daha sərfəli edib

30-06-2017

Nar tələbələr üçün yeni iş imkanları təklif edir

17-12-2018

Gənc İT mütəxəssisləri Nar şəbəkəsində təcrübə keçir

10-03-2023

“Nar Wi-Fi” ilə sən harada, internet orada

31-07-2021

“Nar” yerli telekom peşəkarlarını yetişdirir

18-11-2023

“Nar” yerli İT mütəxəssislərini yetişdirir

09-06-2023

Nar əmək yarmarkasında iştirak edir

05-05-2018

“Nar” və “Breyn Rinq” tərəfdaşlığı davam edir

15-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə