Previous Next
Bağla

“Nar” yerli İKT peşəkarlarının yetişməsinə dəstək olur

30-10-2021 18:44
“Nar” yerli İKT peşəkarlarının yetişməsinə dəstək olur

“Nar” mobil rabitə bazarında yerli kadrların yetişdirilməsi və gənclərin təhsili başa vurduqdan sonra qısa müddət ərzində peşəkarlara çevrilməsi məqsədilə texniki ixtisaslar üzrə təhsil alan tələbələr üçün “Mobil rabitənin əsasları” təlimini təşkil edir. Təlim ödənişsiz əsasda və ali məktəb rəhbərliyinin təşkilati dəstəyi ilə keçirilir.

Əsas mövzusu mobil şəbəkənin iş prinsipi və rabitə texnologiyaları olan “Mobil rabitənin əsasları” təlimi ali məktəblərin tədris proqramına faydalı əlavə kimi tələbələri mobil rabitənin təcrübi tərəfi barədə bilgiləndirir. Belə ki, bu təlim “Nar”ın peşəkar texniki heyəti tərəfindən hazırlanır və həyata keçirilir. Bu səbəbdən, təlimdə iştirak edən tələbələr bilikləri birbaşa olaraq işin peşəkarlarından öyrənir və onlara maraqlı olan sualları “Nar”ın nümayəndələrinə ünvanlaya bilirlər.

Təlimin sonunda mobil rabitə sahəsində öyrəndikləri yeni biliklərin göstəricisi olaraq tələbələr “Nar” tərəfindən sertifikatlarla təltif edilir. Bu il ilk təlim Azərbaycan Texniki Universitetinin tələbələri üçün keçiriləcək.

Qeyd edək ki, 2021-ci ilin əvvəlində KSM strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti və “Nar” rəhbərliyi arasında görüş keçirilmiş və əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilmişdi. Keçirilən bu təlim də mobil operatorun korporativ sosial məsuliyyət strategiyasının tərkib hissəsi olmaqla yanaşı, Azərbaycan Texniki Universitetilə nəzərdə tutulan əməkdaşlıq istiqamətlərindən biridir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nar”ın keçirdiyi “Mobil rabitənin əsasları” təlimi yekunlaşıb

17-11-2021

Nar AzTU-da tələbələr üçün mobil rabitə təlimi təşkil etdi

01-11-2018

Gənc İT mütəxəssisləri Nar şəbəkəsində təcrübə keçir

10-03-2023

“Nar” gələcəyin İT peşəkarlarını yetişdirməyə davam edir

01-12-2021

Nar rabitədə fərqlənən tələbələri mükafatlandırdı

29-07-2019

Naxçıvan Dövlət Universitetində “Mobil rabitə təlimi” keçirildi

14-04-2022

“Nar” yerli İT mütəxəssislərini yetişdirir

09-06-2023

“Nar” yerli telekom peşəkarlarını yetişdirir

18-11-2023

AzTU-nun fərqlənən tələbələri Nar tərəfindən mükafatlandırıldı.

11-07-2018

Nar tələbələr üçün təlim təşkil edib-Foto

19-05-2017

Nar fərqlənən tələbələri mükafatlandırdı

28-02-2019

“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

30-04-2024

Nar tələbələr üçün yeni iş imkanları təklif edir

17-12-2018

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

01-05-2025

"Nar" yerli İT peşəkarlarının yetişməsinə dəstək olur

30-11-2022

Nar ən yaxşı tələbələri mükafatlandırıb

26-02-2018

“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı

23-02-2024

Nar tələbələri mükafatlandırıb-Foto

07-02-2017

Nar tələbələr üçün xüsusi mükafat təsis edib

13-10-2016

“Nar” Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır

06-06-2024

Nar tələbələri mükafatlandırıb

07-07-2017

Nar tələbələr üçün təqaüd proqramı elan edir

23-09-2019

“Nar” regionlarda peşəkar kadr hazırlığına dəstək olur

17-12-2025

Nar tələbələrə mobil şəbəkə gücünü nümayiş etdirdi

29-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə