Previous Next
Bağla

NATO-nun Kibertəhlükəsizlik üzrə ekspertinin təqdimatı keçirilib

15-04-2015 13:39
NATO-nun Kibertəhlükəsizlik üzrə ekspertinin təqdimatı keçirilib

Yüksək Texnologiyalar Parkında NATO-nun Kibertəhlükəsizlik üzrə ekspertinin təqdimatı keçirilib.

 YT Parkından  Xəbərlər-ə verilən məlumata görə, təqdimat  mərasimində  "Femmes Digitales" İKT qadınlar klubunun   (AWIC)  birgə təşkilatçılığı ilə NATO-nun Kibertəhlükəsizlik Mərkəzinin baş tədqiqatçısı və Estoniyanın İnformasiya Sistemləri İdarəsinin keçmiş baş direktoru Yaan Priisalu məruzə işə çıxış edib.  

  "Kiberəməkdaşlığın təşkili" mövzusunda məruzəsində Priisalu kibertəhlükəsizliyin təmin edilməsində hökumətin böyük rol oynadığını bildirib.

 "Estoniya təcrübəsinə nəzər salsaq görərik ki, ölkədə elektron xidmətlərə dövlət və özəl qurumlar tərəfindən  balanslaşmış tələbat var. Elektron həllərdən  getdikcə daha çox geniş istifadə edilir. Bu cür xidmətlərin  99% bank sahəsi ilə bağlıdır. Belə ki, bu ölkədə  mobil parketmə sisteminə 1 milyon 148 min milli ID kart qeydiyyatdan keçib. Bundan başqa, Estoniyada artıq elektron səsvermə sistemi qurulub və elektron şəxsiyyət vəsiqəsi vasitəsi ilə vətəndaşlar seçkilərdə iştirak edə bilirlər. Eyni zamanda, elektron tibb kartlarından və  nəqliyyatda ID biletlərdən istifadə edilir .", deyə ekspert Estoniya təcrübəsini bölüşüb.

Y. Priisalunun sözlərinə əsasən, kibertəhlükəsizliyin təmin edilməsi məsələsi bir xətlə həll olunmalıdır.

"Ölkələr hüquqi, siyasi və texniki istiqamətlər üzrə  kibertəhlükəsizliyin təmin edilməsinə nail olmağa çalışır. Bunun üçün milli konsepsiyalar, strategiyalar hazırlanır, konfranslar və təlim kursları təşkil olunur", - deyə ekspert qeyd edib.

Məruzənin sonunda Y. Priisalu bildirib ki, kibertəhlükəsizliyin təmin edilməsi üçün ölkədə müvafiq nazirliklər, kibertəhlükəsizliyi təmin edən qurumlar, internet media, bir sözlə, aidiyyəti olan dövlət və özəl qurumlar birgə şəkildə fəaliyyət göstərməlidir.
 

Kibercinayətkarlıqla mübarizə və kibertəhlükəsizlik sahəsində 20 ildən artıq təcrübəsi olan Priisalu bu sahədə dünya üzrə nüfuzlu ekspertlərdən hesab olunur.

 O, həmçinin Estoniyada kibermühitin təhlükəsizliyini qoruyan və öz ətrafında könüllü İT mütəxəssisləri birləşdirən Estoniya Müdafiə Liqasının Kiber Birləşməsinin Tallin İdarəsinin həmtəsisçisi və rəhbəri vəzifəsini də daşıyır.

 Məltəm Talıbzadə 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanlıların məruzləri NATO-nun dəstək olduğu kitabda

18-11-2022

NATO-nun dəstəyi ilə kibertəhlükəsizliyə dair beynəlxalq konfrans keçiriləcək

01-10-2021

Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçirilib

21-10-2019

ETX əməkdaşı beynəlxalq seminarda iştirak edib

01-12-2025

Çexiyanın Milli CERT-i ilə ilk onlayn vörkşop təşkil olunub

27-08-2025

Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

31-01-2024

Bakıda kibertəhlükəsizlik məsələləri müzakirə edilir

11-01-2016

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024

Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

09-02-2026

Azərbaycanda kibertəhlükəsizlik sahəsində yerli məhsulların hazırlanmasına başlanılıb

13-10-2023

Kibermütəxəssislərə böyük ehtiyac var – ekspert

25-07-2023

Dövlət Xidmətinin nümayəndələri “CyCon 2025”də iştirak edir

30-05-2025

"Kibertəhlükəsizlik sahəsində süni intellekt" adlı seminar keçirilib

26-11-2025

Yuri Qusev: Ukrayna kibertəhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır

19-09-2024

Rusiyalı hakerlər NATO-nun saytlarına hücum ediblər

13-02-2023

"Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri" mövzusunda konfrans keçiriləcək

19-10-2020

Estoniyada İnternet İdarəçiliyi üzrə beynəlxalq konfrans keçirilir-Foto

07-06-2017

Müdafiə Nazirliyində Fransa ilə kibertəhlükəsizlik üzrə müzakirə aparılıb

27-04-2017

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025

Deputat:"Virtual sərhədlərimiz qurulmalıdır"

26-04-2023

“InnoWeek 2020” çərçivəsində kibertəhlükəsizlik üzrə vebinar baş tutub

15-12-2020

Azərbaycanda informasiya təhlükəsizliyi üzrə 18 milli standart var

02-03-2020

Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayır

31-08-2023

ETX və Texniki Universitetin təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib

14-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə