Nazir müavini: “Rusiya texnologiyaları Azərbaycana bir sıra layihələrin icrasında kömək olacaq”

17-11-2021 / 13:26

“Tədarük olunan Rusiya texnologiyaları Azərbaycana müxtəlif sahələr üzrə bir sıra layihələrin icrasında kömək olacaq”.

Xeberler.az bildirir ki, bunu Rusiyanın sənaye və ticarət nazirinin birinci müavini Vasili Osmakov Rusiya şirkətlərinin şəhər infrastrukturunun inkişafı sahəsində "Ağıllı şəhər" biznes-missiyası çərçivəsində keçirilən tədbirdə deyib.

O, iqtisadi münasibətlərin inkişaf etdirilməsinin hər iki ölkə üçün vacib əhəmiyyət kəsb etdiyini bildirərək, Rusiya və Azərbaycan şirkətləri arasında kifayət qədər fəal əməkdaşlığın qurulduğunu deyib.

Onun sözlərinə görə, bu cür işgüzar missiyaların icrası münasibətlərin gələcək inkişafı üçün potensial yaradır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə