Previous Next
Bağla

Azərbaycan-Rusiya münasibətləri hər bir sahə üzrə dinamik inkişaf edir

19-08-2024 18:47
Azərbaycan-Rusiya münasibətləri hər bir sahə üzrə dinamik inkişaf edir

Azərbaycan-Rusiya siyasi münasibətlərinin yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə öz müsbət təsirini göstərir.

Xeberler.az bildirir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfərinin mühüm məqamlarını şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri, iqtisad elmləri doktoru Aqil Əsədovun sözlərinə görə, iki ölkə arasında ticarət, sənaye, energetika, investisiya qoyuluşu, nəqliyyat, logistika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir və strateji tərəfdaşlığımız indiyədək imzalanmış 300-ə yaxın sənədə əsaslanır.

Aqil Əsədovun sözlərinə görə, Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarətin daha da asanlaşdırılması üçün gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi, yükdaşımaların həcminin artırılması və digər istiqamətlərdə dinamik və dayanıqlı tədbirlər görülür. Bunun nəticəsi olaraq, 2017-ci illə müqayisədə ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq rekord həddə - 4,4 milyard ABŞ dollarına çatıb. Cari ilin yanvar-iyul aylarında isə bu göstərici 2 milyard 572.8 milyon ABŞ dolları təşkil edib.

İİTKM-in şöbə müdirinin sözlərinə görə, iki ölkə arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsində 2024 -cü ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi”nin imzalanması xüsusi qeyd edilməlidir. Yol Xəritəsi ticarət-iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, enerji, turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımların atılmasını nəzərdə tutur.

Rusiya və Azərbaycanın əməkdaşlığı, ikitərəfli iqtisadi münasibətlərin inkişafı istiqamətində önəmli rol oynayan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə daşınmaların artırılması, dəhliz boyunca infrastruktur təminatın təkmilləşdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və s. kimi məsələlər adıçəkilən yol xəritəsində də yer alıb ki, bu da iki ölkə arasında nəqliyyat-tranzit əlaqələrinin uzunmüddətli perspektivə malik olduğunu ifadə edir. Bu layihənin uğurla icrası sayəsində 2022-ci ilədək yükdaşımaların həcmi səkkiz dəfə, 2023-cü ilin altı ayı ərzində isə 60 faiz artıb. Ümumilikdə isə 2023-cü ildə dəhliz üzrə 9.3 milyon ton yük daşınıb. Dövlət başçılarının görüşündə də səsləndirildiyi kimi, Azərbaycan ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu marşrutları üzərində işlər tam yekunlaşıb. Gələcəkdə dəhlizin ötürücülük qabiliyyətinin 15 milyon ton və daha çox olması hədəflənir.

Aqil Əsədov bildirib ki, Rusiya Prezidentinin dövlət səfəri çərçivəsində imzalanan sənədlər, o cümlədən dövlət başçılarının Birgə Bəyanatı, AZPROMO ilə Rusiya Birbaşa İnvestisiyalar Fondunun idarəedici şirkəti arasında Anlaşma Memorandumu, ekologiya, əmək qanunvericiliyi, qida təhlükəsizliyi, bitkiçilik, səhiyyə, tibbi təhsil və tibb elmi sahələrində imzalanan sənədlər onu göstərir ki, iki ölkə arasında əməkdaşlıq təkcə iqtisadi sahədə deyil, digər istiqamətlər üzrə də inkişaf etdirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nəqliyyat sahəsində Azərbaycan-Rusiya əməkdaşlığı yeni inkişaf mərhələsinə keçir

04-09-2018

Azərbaycan və Rusiya arasında "e-CMR" üzrə "yol xəritəsi" imzalanıb

16-04-2026

Azərbaycan şirkətləri Çində 821 miln. dollarlıq müqavilə imzalayıblar

24-04-2019

Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

03-02-2022

Bakıda Koreya Dövlətinin Yaranması Günü münasibətilə tədbir keçirilib

09-10-2019

Azərbaycanla İran arasında Dövlət Komissiyasının 15-ci iclası keçirilib

12-03-2022

Azərbaycan və Rusiya arasında İKT və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

27-11-2018

Azərbaycan və Qazaxıstanı birləşdirən Xəzər sualtı optik xəttin tikintisi müzakirə edilib

05-03-2024

“Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini davam etdirəcək”

06-11-2024

Bakıda üçtərəfli görüş keçirilib

09-09-2022

Vüsal Qasımlı Özbəkistan nümayəndə heyətini qəbul edib

18-09-2024

Nazir müavini: “Rusiya texnologiyaları Azərbaycana bir sıra layihələrin icrasında kömək olacaq”

17-11-2021

Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir

11-08-2025

Azərbaycan Rusiya ilə tranzit yükdaşımalarına dair saziş imzalayıb

22-12-2024

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

27-12-2016

Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşu açıqlanıb

02-12-2022

Nazir: “E-ticarət həcminin artırılmasında maraqlıyıq”

06-12-2017

İqtisadi-ticarət əlaqələrinin inkişafına dair Azərbaycan-Çin sənədləri imzalanıb

23-04-2025

Nazir Rəşad Nəbiyev Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

25-02-2022

Azərbaycanla Özbəkistan sənaye parkları sahəsində əməkdaşlıq edə bilər

22-08-2023

ADY “Çin Dəmir Yolları” ilə Anlaşma Memorandumu imzalayıb

09-07-2025

Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib

07-02-2020

Azərbaycan və Misir İKT sahəsində əməkdaşlığı müzakirə edib

24-11-2025

Azərbaycanla Rusiya “bulud” texnologiyaları sahəsi üzrə birgə əməkdaşlığa dair razılığa gəliblər

19-05-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə