Previous Next
Bağla

Azərbaycan və Rusiya arasında İKT və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

27-11-2018 10:10
Azərbaycan və Rusiya arasında İKT və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Konstantin Noskovla görüşüb. Nazirlər informasiya texnologiyaları, poçt və telekommunikasiya sahəsində Azərbaycan-Rusiyaəməkdaşlığını müzakirə ediblər.

Xeberler.az  bildirir ki, ölkələr arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq, informasiya-kommunikasiya sahəsində təhsil, "ağıllı" şəhər konsepsiyasının inkişafı, mobil rabitənin keyfiyyətinə nəzarət, beynəlxalq rouminq tariflərinin aşağı salınması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Rusiya tərəfi radiotezlik spektrindən istifadəyə görə ödəniş proseduru, həmçinin Rusiya Federasiyasında 2014-cü ildən rəqəmli bərabərsizliyin aradan qaldırılması proqramı çərçivəsində universal rabitə xidmətləri istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. Ramin Quluzadə ölkəmizin sahə üzrə ikitərəfli əməkdaşlığın inkişafında, eləcə də Rusiya şirkətləri ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib. Nazir Rusiyaya məxsus "MegaFon" operatoru tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətin qarşısının alınması üçün birgə tədbirlərin təşkil olunmasının vacibliyini qeyd edib.

Rusiya tərəfi qeyd olunan şirkət tərəfindən işğal olunmuş ərazilərimizdə heç bir fəaliyyət həyata keçirilmədiyini qeyd edib və bununla bağlı nazirliyə rəsmi məlumat göndəriləcəyini bildirib. Bundan başqa, Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin tam həcmdə, yüksək keyfiyyətli birbaşa kanallarla ötürülməsinin təmin edilməsi də müzakirə mövzusu olub.

Eyni zamanda, poçt sahəsində regional əməkdaşlığın təşkil olunması və iki ölkə arasında beynəlxalq poçtdaşımalarının mübadiləsində qarşılıqlı güzəştli çatdırma tariflərinin tətbiqi məsələsinin araşdırılması, "Azərpoçt" MMC və "Rusiya Poçtu" arasında beynəlxalq poçt rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması qərara alınıb. Görüşün sonunda cari ilin 4-7 dekabr tarixlərində Bakı şəhərində keçiriləcək “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransında Rusiya şirkətlərinin iştirakı barədə danışıqlar aparılıb.

Səfər çərçivəsində Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Sergey Aristovla təşkil olunmuş görüşdə isə cari ildə Soçi şəhərində imzalanmış "Yol xəritəsi" və "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafı, eləcə də, Samur körpüsünün tikintisinin cari vəziyyəti ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb. Görüşdə iki ölkə arasında dəniz nəqliyyatı sahəsində saziş layihələrinin imzalanmasının vacibliyi xüsusi qeyd olunub. Hər iki görüşdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan-Rusiya rabitə operatorlarının görüşü keçirilib

04-12-2018

Rusiya ilə İKT sahəsində əməkdaşlıq müzakirə edilib

24-05-2016

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

14-08-2019

NRYTN ilə Rusiyanın Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş təsdiqlənib

26-06-2021

Ramin Quluzadə Fransanın Azərbaycana təyin olunmuş səfiri ilə görüşüb

02-10-2019

Nazir Ramin Quluzadə İranda səfərdədir

19-07-2019

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Moskvada bir sıra görüşlər keçirib

19-05-2021

Nazir Ramin Quluzadə Latviya səfiri ilə görüşüb

16-01-2020

İranla İKT sahəsində birgə təcrübə mübadiləsinin aparılması müzakirə olunub

05-11-2018

Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

03-02-2022

Rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

02-04-2019

Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

01-12-2020

Azərbaycan Rusiya ilə tranzit yükdaşımalarına dair saziş imzalayıb

22-12-2024

Ramin Quluzadə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri ilə görüşüb

15-10-2019

İşğal olunmuş ərazilərimizdə rouminq sazişi ləğv edilib

01-03-2018

Bakıda üçtərəfli görüş keçirilib

09-09-2022

Ramin Quluzadə Ukrayna və Meksika nümayəndə heyətləri ilə görüşüb

10-02-2020

Azərbaycan və Əfqanıstan rəsmiləri görüşüb

16-07-2019

Azərbaycanla Rusiya “bulud” texnologiyaları sahəsi üzrə birgə əməkdaşlığa dair razılığa gəliblər

19-05-2021

İKT sahəsində əməkdaşlıq müzakirə olunub

14-03-2019

Rusiya Azərbaycanın "Elektron imza"sını tanıyacaq

19-05-2021

Azərpoçt Rusiya poçtu ilə memorandum imzalayıb

07-12-2018

Nazir Ramin Quluzadə ABŞ səfiri ilə görüşüb

26-07-2019

Nazir Rəşad Nəbiyev üç ölkənin Azərbaycandakı səfirləri ilə görüşüb

28-08-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə