Previous Next
Bağla

Nazirliyin nümayəndələri Moskvada Rabitə sərgisində iştirak edir

23-04-2019 23:12
Nazirliyin nümayəndələri Moskvada Rabitə sərgisində iştirak edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti
Rusiyanın paytaxtı Moskva şəhərində bu gün öz işinə başlayan “Svyaz-2019” 31-ci Beynəlxalq İnformasiya-Kommunikasiya Texnologiyaları Sərgisində iştirak edir.

Xeberler.az  bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin müavini Zamin Nurəhmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə “Bakı Telefon Rabitəsi” MMC və “AzInTelecom” MMC-nin mütəxəssisləri daxildir. Nümayəndə heyəti sərgi çərçivəsində keçirilən forumda ölkəmizi təmsil edib, sərgiyə təşkil edilən VİP turda iştirak edərək sahə üzrə işgüzar münasibətlərin genişləndirilməsi üçün bir sıra görüşlər keçiriblər. Rusiyanın rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Oleq İvanovla ikitərəfli görüşdə informasiya-kommunikasiya texnologiyaları sahəsində ölkələrarası əməkdaşlıq müzakirə olunub.

Aprelin 26-da başa çatacaq sərgidə Azərbaycanla yanaşı, 15 ölkədən –Belarus, Almaniya, İsrail, İran, İtaliya, Kipr, Çin, Koreya, Latviya, Niderland, Rusiya, Rumıniya, ABŞ, Finlandiya, Fransadan 392 şirkət iştirak edir.

Sərgidə stasionar, mobil, peyk və optik-lif rabitəsi, şəbəkə, telekommunikasiya və server avadanlığı, kabel, peyk televiziya və radio yayımı sistemləri, proqram təminatı, informasiya təhlükəsizliyi, virtuallaşdırma, internet texnologiyaları, elektron ticarət sahəsində həllər və xidmətlər təqdim olunur. 1975-ci ildən keçirilən "Svyaz" (Rabitə) sərgisi MDB və Şərqi Avropada telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük tədbir hesab edilir. Sərgidə qabaqcıl nailiyyət və texnologiyalar nümayiş etdirilir, növbəti il üçün bazarın inkişaf perspektivləri müəyyənləşdirilir. Sərgi aktual məsələlərin müzakirəsi, sahə üzrə peşəkarların, tədarükçü və alıcıların ünsiyyəti üçün əlverişli müzakirə meydançası sayılır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan nümayəndələri Minskdə İKT sərgidə iştirak edir

19-04-2017

Azərbaycan Moskvada İT-sərgidə iştirak edəcək

04-05-2011

Azərbaycanın “Elektron hökumət” modeli Rusiyada təqdim edilib

20-05-2016

Beynəlxalq sərgi-forumda ölkəmizin İKT sahəsindəki yenilikləri təqdim olunur

09-04-2019

Moskvada “Svyaz Ekspokomm-2011” sərgisi öz işinə başlayır

11-05-2011

Bakıda Bakutel 2008 sərgisi öz işinə başlayır

11-11-2008

Azərbaycan beynəlxalq İT forumda təmsil edilir

16-05-2018

Azərbaycan Turkmentel 2009 beynəlxalq İT sərgisində təmsil olunur

17-09-2009

Bakıda “BakuTel-2010” sərgisi açıldı

24-11-2010

Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2018 beynəlxalq sərgi-konfransında iştirak edir

10-09-2018

Ölkəmiz beynəlxalq İKT sərgi-forumunda təmsil olunub

20-04-2016

İranla İKT sahələrində müzakirələr olunub

31-07-2018

Azərbaycan rəsmiləri beynəlxalq telekommunikasiya sərgisində

18-03-2015

“Bakutel-2013” sərgisində “Teleradio” İB-nin stendi yeni texnologiyaların nümayişi ilə təmsil olunacaq

22-11-2013

Azərbaycan nümayəndə heyəti TurkmenTel-2010 sərgi-konfransında iştirak edəcək

15-09-2010

Azercell ITU Telecom World 2019 beynəlxalq sərgisində iştirak edib

10-09-2019

Azərbaycan beynəlxalq İKT sərgidə təmsil olunur

25-09-2017

Azərbaycan informasiya təhlükəsizliyi üzrə iclasda iştirak edəcək

09-04-2013

ITU Telecom World 2019 beynəlxalq sərgisi öz işinə başlayıb

10-09-2019

BakuTel-2016-nın keçiriləcəyi tarix açıqlandı

04-10-2016

Azərbaycanın peyk operatorunun xidmətləri Avropada sərgidə təqdim olunacaq.

22-08-2014

Azercell TİBO-2019 beynəlxalq sərgi-forumuna qatılıb

12-04-2019

Azərbaycan texnologiya sərgisində iştirak edəcək

08-06-2015

NRYTN ilə Rusiyanın Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş təsdiqlənib

26-06-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə