Previous Next
Bağla

Nazir Ramin Quluzadə ilə ICESCO-nun Baş direktoru arasında görüş keçirilib

14-01-2021 14:11
Nazir Ramin Quluzadə ilə ICESCO-nun Baş direktoru arasında görüş keçirilib

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESСO) Baş direktoru Səlim bin Məhəmməd Əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Xeberler.az bildirir ki, nazirlikdən verilən məlumata görə, Ramin Quluzadə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi ilə bölgədə sülhün təmin edildiyini bildirib. O, işğaldan azad olunmuş ərazilərdə dağıdılan infrastrukturun yenidən qurulacağını və bərpa ediləcəyini vurğulayıb. Qeyd edib ki, tarixi şəhərimiz Şuşaya birinci dərəcəli yolun çəkilişi üzrə işlər artıq başlayıb. Xankəndinə aparan dəmir yolunun bərpası ilə bağlı işlər də gedir. Nazir Ramin Quluzadə Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə infrastrukturun sıfırdan qurulacağını və əhalinin sıx yaşayacağı ərazilərdə “Ağıllı şəhər” layihələrinin tətbiq edilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

“Torpaqlarımızın işğaldan azad olunması bölgənin inkişafı üçün yeni imkanlar yaradır və innovasiyalar sahəsində də regional əməkdaşlığı inkişaf etdirir”, - deyə Ramin Quluzadə qeyd edib.

Hazırda innovasiyaların bütün dünyanın diqqət mərkəzində olduğunu deyən nazir Azərbaycanda da innovasiya ekosisteminin inkişaf etdirilməsinin başlıca prioritet istiqamətlərdən biri kimi müəyyən edildiyini vurğulayıb.

Ramin Quluzadə əlavə edib ki, ölkəmizdə “Ağıllı şəhər” həllərinin tətbiqi genişlənir. Bu fəaliyyət açıq hökumət təşəbbüslərindən biridir və 2020-2022-ci illər üçün Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planında öz əksini tapıb.

Öz növbəsində, ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd Əl-Malik Vətən müharibəsində qazandığımız qələbə münasibəti ilə xalqımızı bir daha təbrik edib. Azərbaycanın işğaldan azad olunmuş şəhərlərini ziyarət etdiyini deyən Baş direktor vəziyyətlə yerində tanış olduğunu bildirib.

“Biz işğaldan azad edilmiş ərazilərə səfər etdik. Orada yaşanan faciəni gözlərimizlə gördük. Şəhərlər tamamilə dağıdılıb, heç bir ölçüyə sığmayan vandalizm aktı törədilib”, - deyə Səlim bin Məhəmməd Əl-Malik vurğulayıb.

Görüş zamanı Azərbaycan – ICESCO əlaqələri, əməkdaşlığın vəziyyəti, elm, informasiya, kommunikasiya və innovasiyalar sahəsində həyata keçiriləcək birgə layihələr üzrə fikir mübadiləsi aparılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mütəmadi təşkil olunan “InnoWeek – İnnovasiyalar həftəsi” çərçivəsində 2021-ci ildə ICESCO ilə birgə tədbirin keçirilməsi, “Falcon Summit 2021”də yerli və xarici ölkələrin innovativ layihə və startapların beynəlxalq investorlara təqdim olunması məsələləri də müzakirə olunub.

Həmçinin Startap mübadilə proqramlarının aparılması və iki tərəf arasında müştərək müəssisələrin yaradılması imkanları, Azərbaycanın İKT sektoruna ICESCO tərəfindən investisiya qoyuluşu və startapların vençur maliyyələşmə yolu ilə kommersiyalaşdırılmasına dəstək barədə fikir mübadiləsi aparılıb.

ICESCO çərçivəsində İslam ölkələrində təhsil və İT layihələrinin dəstəklənməsi məqsədilə birgə vençur fondlarının yaradılması ilə bağlı danışıqlar aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
BDU-da ICESCO-nun elm və texnologiya müşaviri ilə görüş olub

BDU-da ICESCO-nun elm və texnologiya müşaviri ilə görüş olub

25-04-2025
“İslam dünyasında süni intellekt indeksinin tərtib olunması” konfransı keçiriləcək

“İslam dünyasında süni intellekt indeksinin tərtib olunması” konfransı keçiriləcək

01-12-2025
“ASAN xidmət” ICESCO ilə əməkdaşlığı genişləndirir

“ASAN xidmət” ICESCO ilə əməkdaşlığı genişləndirir

16-11-2024
Nazir: “Türkiyə və Azərbaycan poçtu yeni layihələrə imza atacaq”

Nazir: “Türkiyə və Azərbaycan poçtu yeni layihələrə imza atacaq”

14-01-2021
Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

01-12-2020
Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

19-09-2018
Nazir İran səfirinə Ermənistanın təcavüzkar siyasətindən danışıb

Nazir İran səfirinə Ermənistanın təcavüzkar siyasətindən danışıb

23-10-2020
Ramin Quluzadə Ukrayna və Meksika nümayəndə heyətləri ilə görüşüb

Ramin Quluzadə Ukrayna və Meksika nümayəndə heyətləri ilə görüşüb

10-02-2020
Ramin Quluzadə  İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

Ramin Quluzadə İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

29-12-2016
Ramin Quluzadə nazir vəzifəsindən azad edildi

Ramin Quluzadə nazir vəzifəsindən azad edildi

26-01-2021
Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

22-02-2019
“World Net Summit” beynəlxalq onlayn konfransı təşkil edilib

“World Net Summit” beynəlxalq onlayn konfransı təşkil edilib

18-12-2020
ICESCO-nun Baş direktoru: Bakı Konqresi Azərbaycan və digər iştirakçı ölkələr üçün irəliyə doğru atılmış böyük addımdır

ICESCO-nun Baş direktoru: Bakı Konqresi Azərbaycan və digər iştirakçı ölkələr üçün irəliyə doğru atılmış böyük addımdır

02-10-2023
Ramin Quluzadə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri ilə görüşüb

Ramin Quluzadə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri ilə görüşüb

15-10-2019
Nazir Ramin Quluzadə ikitərəfli görüşlər keçirib

Nazir Ramin Quluzadə ikitərəfli görüşlər keçirib

04-12-2019
Nazir Ramin Quluzadə Latviya səfiri ilə görüşüb

Nazir Ramin Quluzadə Latviya səfiri ilə görüşüb

16-01-2020
Ramin Quluzadə ABŞ-ın nümayəndə heyətini qəbul edib

Ramin Quluzadə ABŞ-ın nümayəndə heyətini qəbul edib

12-11-2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ICESCO-nun Baş direktoru ilə görüşüblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ICESCO-nun Baş direktoru ilə görüşüblər

02-10-2023
Nazir Ramin Quluzadə İranda səfərdədir

Nazir Ramin Quluzadə İranda səfərdədir

19-07-2019
Ramin Quluzadə Fransanın Azərbaycana təyin olunmuş səfiri ilə görüşüb

Ramin Quluzadə Fransanın Azərbaycana təyin olunmuş səfiri ilə görüşüb

02-10-2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

14-08-2019
İKT sahəsində əməkdaşlıq müzakirə olunub

İKT sahəsində əməkdaşlıq müzakirə olunub

14-03-2019
Nazir: "ABŞ şirkətlərinin "ağıllı texnologiya" təcrübəsinin tətbiqinə hazırıq"

Nazir: "ABŞ şirkətlərinin "ağıllı texnologiya" təcrübəsinin tətbiqinə hazırıq"

28-07-2021
Ramin Quluzadə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə görüşüb

Ramin Quluzadə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə görüşüb

26-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə