Nazir “Rəqəmli iqtisadiyyatın təkmilləşdirilməsi” panelində çıxış edib

09-12-2014 / 17:03

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Qətər Əmirliyinin Doha şəhərində keçirilən “İTU Telecom World 2014” sərgi-konfransı çərçivəsində “Ağıllı idarəetmə: rəqəmli iqtisadiyyatın təkmilləşdirilməsi” panelində çıxış edib.

Nazir telekommunikasiya şirkətlərinin sabit və proqnozlaşdırılan hüquqi bazanın yaradılmasında maraqlı olduğunu bildirib: “Onlar şəbəkənin gələcək imkanlarına yatırım etmək istəyirlər. Belə yatırımlar olmasa, genişzolaqlı internetin əlçatımlığı vədləri icra olunmayacaq. Dövlətləri təmsil edən siyasətçilər bu çağırışlara necə cavab verirlər? Bunun  telekommunikasiya və İKT sektorunda yeni yaranan  rəqəmli iqtisadiyyat üçün nə kimi nəticələri olacaq? Suallara cavab tapmalıyıq”. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə