Previous Next
Bağla

RİTN-də İnformasiya Texnologiyaları Universitetinə qəbul olunmuş tələbələrlə görüş keçirilib

30-08-2013 15:01
RİTN-də İnformasiya Texnologiyaları Universitetinə qəbul olunmuş tələbələrlə görüş keçirilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində  (RİTN) İnformasiya Texnologiyaları Universitetinə (İTU)  qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüş keçirilib.
 
Görüşdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov  son 10 ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə  aparılan uğurlu islahatlar nəticəsində davamlı və  dayanıqlı iqtisadi inkişafa  nail olunduğunu qeyd edib.
 
Nazir ölkə başçısı tərəfindən İKT sektorunun inkişafına xüsusi diqqət göstərildiyini nəzərə çatdıraraq, "2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsini,  sahənin gələcək inkişafını, informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etmək məqsədilə prezidentin 1 fevral 2013-cü il tarixli sərəncamı ilə İnformasiya Texnologiyaları Universitetinin (İTU) yaradılmasının bu diqqətin təzahürü olduğunu vurğulayıb.
 
2013 – 2014-cü tədris ilində "İnformasiya təhlükəsizliyi", "Kompüter elmləri", "Kompüter mühəndisliyi", "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" kimi ixtisaslar üzrə İTU-ya  tələbə qəbulu üçün 60 plan yerinin ayrıldığını da deyən nazir İKT sahəsi üzrə ixtisaslaşmış kadrlara tələbatın "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gəldiyini qeyd edib. "Bu sənədə uyğun olaraq, ölkəmizdə gələcək iqtisadi hədəflər iqtisadiyyatın strukturunun  təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi üzərində qurulub".
 
 Qarşıdakı illər ərzində elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənəcəyini, innovativ inkişafın təmin edilməsində İT sahəsi üzrə ixtisaslı kadr hazırlığının daim diqqətdə olacağını bildirən nazir, eyni zamanda RİTN tərəfindən də İTU tələbələrinin daim qayğı və diqqətlə əhatə ediləcəyini, universitetin məzunlarının gələcəkdə uyğun ixtisaslar üzrə işlə təminatının həyata keçiriləcəyini də qeyd edib.
 
Tələbələrin çoxsaylı suallarını  cavablandıran nazir valideynlərin istək və arzularını da dinləyib. (ictnews.az)
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya Texnologiyaları Universiteti üzrə imtahan nəticələri bu günlərdə elan ediləcək

24-07-2013

RİTN abituriyentləri İnformasiya Texnologiyaları Universitetinə dəvət edir

01-08-2013

Nazir “İKT ili” ilə bağlı Tədbirlər Planını təsdiq etdi

29-04-2013

Yeməkləriniz USB ilə isti qalsın!!!

06-12-2008

İKT üzrə statistikanın beynəlxalq statistikaya uyğunlaşdırılması məqsədilə hazırlanan müvafiq göstəricilər üzrə müzakirələr aparılır

30-08-2013

Rumıniyanın 4 İKT şirkəti Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır

15-03-2013

“Ağıllı” telefon sahibləri “Photoshop”dan istifadə edə biləcəklər

28-02-2013

“Microsoft Azerbaijan” şirkəti növbəti “İnnovasiya günü”nü keçirib

06-03-2013

“İnformasiya-kommunikasiya texnologiyaları ili” ilə bağlı tədbirlər planı hazırlanır

21-01-2013

Azeurotel RİTN-i ittiham edən açıqlama verib!!!

28-02-2009

“Qlobal kibertəhlükəsizlik üzrə əməkdaşlıq: problemlər və perspektivlər” mövzusunda konfrans öz işinə başlayır

02-12-2013

“Google” ABŞ-da mağazalar şəbəkəsi açır

19-11-2013

Bu ilin fevralında Azərbaycanın ilk peyki orbitə çıxarılacaq

21-01-2013

Azərbaycanda ilk dəfə sığorta polislərinin online satışı həyata keçirilir

01-05-2009

İnternetdə ən populyar Azərbaycan sözünü tapan YUMROO istifadəçisi bəlli oldu!!!

02-03-2009

Azərbaycan Prezidentinin rəsmi saytının “Android” əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib

23-04-2013

“Elektron hökumət” analitik məqalə müsabiqəsi ilə bağlı tədbir keçirilib

05-09-2013

Smartfonların hansı qüsurları var?

05-04-2012

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə “VikiHərəkat” layihəsinin icrasına başlanılıb

06-09-2013

Bakı bulvarında pulsuz “Wi-Fi” sistemi tətbiq ediləcək

04-09-2013

Gənclər yeni ideyalarını “Onlayn fikir bankı”nda yerləşdirə biləcəklər

27-11-2013

Azərbaycan təhsilində İKT-nin tətbiqi Moldovada keçirilən İKT sammitində müzakirə olundu

26-04-2013

Sentyabrda “TASİM” layihəsinin yaradılması çərçivəsində Avrasiya Bağlantı Alyansı üzrə qətnamənin qəbul edilməsi gözlənilir

22-08-2013

Samsung şirkəti məhsul istehsalında daha keyfiyyətli və cızılmayan şüşələrdən istifadə edəcək

26-10-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə