Previous Next
Bağla

EU4Digital Bakıda fəaliyyətə başlayır

31-05-2019 13:37
EU4Digital Bakıda fəaliyyətə başlayır

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, rəqəmli iqtisadiyyatı və cəmiyyəti dəstəkləyən "EU4Digital" proqramı Aİ-ın Azərbaycandakı rəsmi nümayəndəliyi və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakıda ilk tədbirini keçirib. 

Xeberler.az bildirir ki, tədbirin məqsədi EU4Digital proqramını Avropa İttifaqının rəqəmli siyasi hədəflərini dəstəkləyən geniş fəaliyyət təşəbbüsü kimi təqdim etməkdir. Tədbirdə həmçinin Azərbaycanda rəqəmli sahədə vəziyyət, əldə olunmuş uğurlar və gələcək fəaliyyətlər müzakirə olunub.

Tədbirdə Aİ-nin Azərbaycan nümayəndəliyiin müşaviri-elçisi və əməkdaşlıq şöbəsinin müdiri Simona Qatti və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış etdilər.

“Bu gün biz “Şərq Tərəfdaşlığı” ölkələri üçün nəzərdə tutulmuş və Aİ tərəfindən maliyyələşdirilən, ümumi büdcəsi 11 milyon avro olan regional təşəbbüs proqramını təqdim edirik. Ümid edirik ki, layihə təkcə dövlət qurumlarının işlərinin deyil, həmçinin sıravi vətəndaşların həyatlarının müsbətə doğru dəyişməsinə səbəb olacaq. Bu, sosial və iqtisadi inkişaf üçün böyük potensiala malik arenadır, xüsusilə də, yeni iş yerlərinin yaradılması və artırılması üçün. Rəqəmsal bazarların uyğunlaşdırılması onlayn xidmətlərin daha münasib qiymətə və daha geniş seçimlə göstərilməsinə səbəb olacaq. Bu isə öz növbəsində, investisiya axınına, ticarət və məşğulluq artımına zəmin yaradacaq”, - deyə Simona Qatti bildirib.

“Biz rəqəmli iqtisadiyyatın formalaşdırılması və inkişafında “Rəqəmli bazarların uygunlaşdırılması” təşəbbüsünü yüksək qiymətləndiririk. Ölkəmiz HDM təşəbbüsü çərçivəsində həyata keçirilən 6 istiqamətin hər birində fəal iştirak edir. Azərbaycan “İKT innovasiya və startap ekosistemi” istiqaməti və “e-gömrük” alt istiqaməti üzrə əlaqələndirici ölkədir. Hesab edirik ki, HDM çərçivəsində görülən işlər Azərbaycanda rəqəmli iqtisadiyyatın inkişafına dəstək olacaqdır”, - deyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

Nazir müavini həmçinin qeyd edib ki, rəqəmsal iqtisadiyyatın inkişafı Azərbaycanın xüsusi diqqət ayırdığı məsələlərdən biridir: “Rəsmi Bakı bu istiqamətdə işləri yaxından izləyir. Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” qəbul olunmuş və rəqəmli iqtisadiyyatın formalaşdırılması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuş və icra olunmaqdadır. Həmçinin, 2016-ci ilin sonunda qəbul olunmuş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə də rəqəmli keçidin təmin olunması üçün sektorun qarşısında ciddi vəzifələr qoyulmuşdur. Bu səbəbdən EU4Digital proqramı çərçivəsində atılan addımları dəstəkləyirik”.

Salamlama çıxışlarından sonra proqramın təqdimatı və "EU4Digital”ın Azərbaycanda və regionda digər rəqəmli təşəbbüsləri necə tamamlaması haqqında panel müzakirələri keçirilib.

Qeyd edək ki, “EU4Digital”ın məqsədi Aİ-ın vahid rəqəmli bazarının üstünlüklərinin “Şərq Tərəfdaşlığı”nda yayılmasıdır. Aİ-ın dəstəyi vasitəsilə üzv ölkələrdə rəqəmli iqtisadiyyat və cəmiyyət inkişaf edir, bu da iqtisadi artım, daha çox iş yeri, vətəndaşların həyat səviyyəsinin yüksəlməsi və biznesə dəstək deməkdir.

“EU4Digital” vasitəsilə Aİ “Şərq Tərəfdaşlığı” ölkələrini rouming tariflərinin endirilməsində, elektron xidmətlərin genişləndirilməsi və iqtisadiyyatın stimullaşdırılması üçün yüksək sürətli genişzolaqlı şəbəkənin inkişaf etdirilməsində, loqistikadan səhiyyəyə qədər olan sahələrdə rəqəmli strukturların uyğunlaşdırılmasında, kibertəhlükəsizliyin təmin olunması və rəqəmli bacarıqların inkişaf etdirilməsinə dəstək olur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ölkəmiz “Rəqəmli İqtisadiyyat” nazirlər görüşündə təmsil olunub

10-10-2017

Rəqəmli bazarların uyğunlaşdırılması iclasında ölkəmiz də təmsil olunub

22-06-2018

Ölkəmiz Rəqəmli Bazarların Harmonizasiyası üzrə beynəlxalq tədbirdə təmsil olunub

13-02-2019

EU4Digital layihəsi çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə olunub

26-12-2019

Rəqəmli Bacarıqlar üzrə Tərəfdaşlığın yaradılmasına dair onlayn seminar keçirilib

23-07-2020

İnnovasiya və startap ekosistemi üzrə layihələr müzakirə edilib

30-05-2019

Azərbaycan Rəqəmli iqtisadiyyat üzrə birinci Nazirlər görüşündə təmsil olunub

16-06-2015

“Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platforması təsis edilib

16-12-2020

QDİƏT üzvləri İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

05-12-2018

Brüsseldə Azərbaycanın e-hökumət layihəsi təqdim edilib

08-05-2015

EU4Digital-ın internet səhifəsi Azərbaycan dilində istifadəyə verilib

07-11-2019

Azərbaycan “WSIS-2020” çərçivəsində keçirilmiş toplantıda təmsil olunub

09-09-2020

Sankt-Peterburqda rəqəmli texnologiyaların müasir inkişaf tendensiyaları müzakirə olunub

19-02-2020

4-cü Azərbaycan-Belarus Biznes Forumu keçirilib

06-12-2018

İlin sonunadək Azərbaycanın bir sıra bölgələrində rəqəmli TV yayımı avadanlıqları quraşdırılacaq

13-11-2010

Rəqəmsal bacarıqlar və məşğulluq üzrə təlim keçiriləcək

24-09-2020

Azərbaycanda rəqəmli TV üçün yeni teleqüllə tikilir

25-06-2011

Elektron ticarət və rəqəmli iqtisadiyyat üzrə sessiya keçirilib

09-04-2019

Avropa İttifaqının "EU4Digital" layihəsi “Azexport.az”la əməkdaşlığa dair məqalə dərc edib

11-06-2021

E- imza təcrübəmiz BMT konfransında təqdim edilib

11-10-2017

Avropa Komissiyası vahid rəqəmli bazar strategiyasını təqdim edib

08-05-2015

Azərbaycanda analoq yayım dayandırıldı-Rəsmi

20-12-2016

“Rəqəmli yayıma tam keçid üçün müəyyən məsələlər həll olunmalıdır”

30-06-2016

Rəqəmli hökumətin yaradılması ilə bağlı konsepsiya hazırlanır

17-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə