Previous Next
Bağla

Nazir Rəşad Nəbiyev beynəlxalq dəyirmi masada iştirak edib

26-09-2022 11:38
Nazir Rəşad Nəbiyev beynəlxalq dəyirmi masada iştirak edib

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 26 sentyabr - 14 oktyabr 2022-ci il tarixlərində Rumıniyanın Buxarest şəhərində təşkil olunacaq növbəti Səlahiyyətli Konfransından əvvəl, 25 sentyabrda “Hər kəs üçün daha yaxşı rəqəmsal gələcəyin qurulması” mövzusu üzrə nazirlər səviyyəsində dəyirmi masa keçirilib.

Xeberler.az bildirir ki, tədbirə Azərbaycan, Avstraliya, Kanada, Fransa, Yaponiya, Koreya, İspaniya, Portuqaliya, İsveç daxil olmaqla 40-a yaxın ölkənin nümayəndələri qatılıb.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dəyirmi masada çıxış edib.

Rəşad Nəbiyev çıxışında rəqəmsal bərabərsizliyin aradan qaldırılması, hər bir kəsin rəqəmsal xidmətlərə çıxışının təmin olunması və bərabər öyrənmə, inkişaf imkanlarının yaradılmasının vacibliyi haqqında danışıb.

Nazir bu məsələdə 2 amilin - əlverişlilik və səmərəliliyin rol oynadığını vurğulayıb.

Bildirilib ki, Azərbaycanda rəqəmsal transformasiya üçün müvafiq infrastrukturun ölkənin ucqar ərazilərində də inkişaf etdirilməsi məqsədilə dövlət-özəl sektorunun tərəfdaşlığına münbit şərait yaradılıb: “Mərhələlərlə həyata keçirilən layihə sayəsində ölkədə 2024-cü ilə qədər minimum 25 Mb/s sürətli genişzolaqlı internetin tam əhatə dairəsinə nail olunacaq”.

Ölkəmizdə rəqəmsal transformasiya üçün daha təhlükəsiz mühitin təmin edilməsi və internetə əlçatanlığın artırılması üçün səmərəli olan mobil internet şəbəkəsinin də inkişafına önəm verildiyi diqqətə çatdırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəşad Nəbiyev BTİ-nin növbəti Səlahiyyətli Konfransında çıxış edib

27-09-2022

Nazir Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə videokonfrans formatında görüşüb

22-10-2021

Nazir Pakistanın aparıcı İT şirkətlərinin rəhbərləri ilə görüşüb

18-07-2023

Rəşad Nəbiyev nəqliyyat nazirlərinin görüşündə iştirak edib

27-11-2025

Azərbaycan genişzolaqlı internetlə tam təmin ediləcək-Nazir

13-12-2022

Nazir Rəşad Nəbiyev Qax şəhərində vətəndaşları qəbul edib

12-09-2022

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə dəyirmi masada nələr müzakirə olunacaq?

10-11-2024

Bu il 470 min ev internetlə təmin olunub - Nazir

29-11-2022

Nazir Rəşad Nəbiyev Lənkəran şəhərində vətəndaşları qəbul edib

10-10-2022

Nazir Rəşad Nəbiyev Yevlax şəhərində vətəndaşlarla görüşüb

16-06-2022

Rəşad Nəbiyev: "Vətəndaşların 39 faizinin genişzolaqlı internetə çıxışı var"

16-05-2023

Nazir müavini: “Məqsədimiz 2024-cü ilə qədər azı 25 Mb/s sürətli genişzolaqlı internetdir"

22-03-2022

Rəşad Nəbiyev süni intellektlə bağlı müzakirədə çıxış edib

05-08-2025

Azərbaycan BTİ ilə əməkdaşlıq məsələlərini müzakirə edib

17-11-2024

Nazir: Ekoloji dəyişiklikləri izləmək üçün peyk müşahidələrindən fəal istifadə edilir

16-11-2024

Nazir Rəşad Nəbiyev Quba şəhərində vətəndaşları qəbul edib  

05-08-2022

Rəşad Nəbiyev Pakistanın naziri ilə görüş keçirib

18-11-2025

Nazir Rəşad Nəbiyev Şerzod Şermatovla görüşdü

01-12-2023

Nazir Rəşad Nəbiyev Quba rayonunda gənclərlə görüşüb

05-08-2022

Rəşad Nəbiyev: “İnnovativ inkişafa nail olmaqda dövlət mühüm rol oynayır”

13-12-2022

Rəşad Nəbiyev 5-ci Tbilisi İpək Yolu Forumunda iştirak edib

22-10-2025

Təltif olunan rəqəmsal inkişaf və nəqliyyat sahəsi işçilərinə dövlət mükafatları təqdim edilib

20-09-2024

"Dayanıqlı və Rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" adlı dəyirmi masa keçirilib

20-11-2024

Nazir Rəşad Nəbiyev Qəbələ şəhərində vətəndaşları qəbul edib

10-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə