Nazirlik “Elektron cinayət işi” informasiya sistemi hazırlayıb

04-11-2016 / 13:13

Vergilər Nazirliyində “Elektron cinayət işi”nin tətbiqi ilə bağlı aparılan hazırlıq işləri başa çatıb.

Belə ki, vahid elektron statistik uçot bazasının yaradılması, əlavə inzibatçılıq tədbirlərinin minimuma endirilməsi, iş vaxtına qənaət edilməsi, insan resurslarından daha səmərəli istifadə olunması məqsədilə, bu sahədə tətbiq olunan uğurlu beynəlxalq təcrübə öyrənilərək, nazirliyin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində (AVİS) “Elektron cinayət işi” modulu hazırlanıb və istifadəyə verilib.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, “Elektron cinayət işi” modulu - ibtidai istintaqı Vergilər Nazirliyinin səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə cinayət xarakterli faktları əks etdirən materialların Departamentə göndərilməsini təmin edir.

Bu, departamentdə aparılan ibtidai araşdırma zamanı qərar, vəsatət, məktub və digər sənədlərin elektron formada hazırlanması məqsədilə yaradılmış, özündə daha geniş və dəqiq məlumatları əks etdirən, operativ axtarış imkanlarına malik olan cinayət işlərinin vahid elektron sistemidir.

“Elektron cinayət işi” modulunun tətbiqi ilə bağlı ibtidai araşdırma zamanı qəbul oluna biləcək prosessual qərar, vəsatət və onları müşayiət edən məktubların, nazirlik daxili məktubların (sorğuların), digər qurumlara göndəriləcək məktubların (sorğuların), ümumilikdə 100-dən artıq sənədin nümunəvi formaları hazırlanıb. Müstəntiq və təhqiqatçılar modulun müvafiq bölmələrində (xanalarında) tələb olunan məlumatları doldurarkən, zəruri qeydlərini və əlavələrini də edə biləcək.

Modulun tətbiqinə 2016-cı ilin noyabr ayının 21-dən başlanılacaq. Məsələ ilə bağlı Departamentin müstəntiq və təhqiqatçıları üçün treninqlər, habelə ictimaiyyət üçün təqdimat keçiriləcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə