Previous Next
Bağla

Vergi sistemində “Elektron cinayət işi” konsepsiyası hazırlanacaq

16-11-2015 10:58
Vergi sistemində “Elektron cinayət işi” konsepsiyası hazırlanacaq

Elektron auditin aparılması üzrə qanunvericilik bazasının yaradılması və vergi ödəyicilərində mühasibat uçotunun elektron qaydada aparılmasına keçidin sürətləndirilməsi, audit sahəsində çalışan əməkdaşlara iş yerlərində ayrı-ayrı funksional sahələr üzrə e-audit, e-mühasibat və informasiya texnologiyaları sahəsində təlim proqramlarının təşkili nəzərdə tutulur.

Vergilər Nazirliyinin mətbuat xidmətindən Xeberler.az-a bildirilib ki, Azərbaycanın vergi sistemində qabaqcıl beynəlxalq təcrübələr öyrənilərək “Elektron cinayət işi” konsepsiyası hazırlanacaq və tətbiqi ilə bağlı mövcud qanunvericiliyə əlavə və dəyişikliklər ediləcək. Bununla yanaşı, vergidən yayındırılan dövriyyələrin aşkar olunması ilə əlaqədar mənəvi cəhətdən köhnəlmiş nəzarət-kassa aparatlarının daha müasir avadanlıqlarla əvəz edilməsi üzrə təkliflərin verilməsi, əhalinin nağd ödənişlər zamanı çek tələb etmələri üçün stimullaşdırıcı tədbirlərin (lotereyalar, bonus kampaniyaları və s.) həyata keçirilməsi planlaşdırılır.

Vergi potensialının qiymətləndirilməsi və proqnozlaşdırılması modelləri sisteminin tətbiqi, onun müvafiq proqram paketi ilə təmin olunması, vergi orqanları tərəfindən nəzarət edilməsi nisbətən çətin olan peşələr üzrə (ev təmiri ilə məşğul olan ustalar, bağbanlar, dayələr, ev qulluqçuları və digər oxşar peşələr), habelə digər sahələrdə vergidən yayınma hallarının minimuma çatdırılması məqsədilə ictimai nəzarətin gücləndirilməsi üçün qanunvericilikdə dəyişikliklərin edilməsi istisna olunmur.

Qeyd olunub ki, vergi sistemində tədris və təlim prosesinin yüksəldilməsi məqsədilə vergi orqanları əməkdaşlarının peşə hazırlığının təkmilləşdirilməsi və ixtisaslarının artırılması prosesində müasir informasiya texnologiyalarından istifadə etməklə beynəlxalq təlim metodlarının tətbiqi mütəmadi olaraq yerli və beynəlxalq ekspertlərin cəlb olunmasını tələb edir.

Vergi sisteminin inkişafı və hüquqi təminatına dair aktual elmi-tədqiqat və araşdırma işlərinin genişləndirilməsi, Vergilər Nazirliyinin Tədris Mərkəzinin bazasında Regional Təlim və Tədqiqat Mərkəzinin yaradılması, əməkdaşların peşə hazırlığı prosesində elektron təhsil sisteminin tətbiqi istiqamətində də işlər davam etdiriləcək.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

03-09-2009
Nazirliyin elektron kitabxanası işə salınacaq

Nazirliyin elektron kitabxanası işə salınacaq

19-08-2015
Vergilər Nazirliyində müasir rəqəmsal texnologiyalar tətbiq ediləcək

Vergilər Nazirliyində müasir rəqəmsal texnologiyalar tətbiq ediləcək

06-09-2018
Vergilər Nazirliyi İKT sahəsində fəaliyyətini genişləndirir

Vergilər Nazirliyi İKT sahəsində fəaliyyətini genişləndirir

11-08-2017
Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

07-09-2015
 “Elektron cinayət işi” sistemi təqdim edilib-Foto

“Elektron cinayət işi” sistemi təqdim edilib-Foto

10-11-2016
Azərbaycanda mühasibatlıq məcburi qaydada elektron formada aparılacaq

Azərbaycanda mühasibatlıq məcburi qaydada elektron formada aparılacaq

29-12-2010
Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

07-01-2011
Mühasibatlıqda İKT-nin rolu  müzakirə edilib-Foto

Mühasibatlıqda İKT-nin rolu müzakirə edilib-Foto

10-04-2017
İnternet ticarətdə vergi nəzarətini gücləndirir

İnternet ticarətdə vergi nəzarətini gücləndirir

29-12-2010
Nazirlik “Elektron cinayət işi” informasiya sistemi hazırlayıb

Nazirlik “Elektron cinayət işi” informasiya sistemi hazırlayıb

04-11-2016
Vergi inzibatçılığı təkmilləşdirilir-Sərəncam

Vergi inzibatçılığı təkmilləşdirilir-Sərəncam

05-08-2016
Vergilər nazirliyinin E-qeydiyyat  sistemi istifadəyə verilib

Vergilər nazirliyinin E-qeydiyyat sistemi istifadəyə verilib

01-07-2011
Nazirlik Çağrı Mərkəzinin fəaliyyətini təkmilləşdirir

Nazirlik Çağrı Mərkəzinin fəaliyyətini təkmilləşdirir

20-05-2016
Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

05-09-2016
DGK sədri: "Vergi sistemində rəqəmsallaşma büdcə ödənişlərindən yayınmanı azaldıb"

DGK sədri: "Vergi sistemində rəqəmsallaşma büdcə ödənişlərindən yayınmanı azaldıb"

13-02-2025
Yeni nəsil kassalar yeni kassa çekləri təqdim edəcək

Yeni nəsil kassalar yeni kassa çekləri təqdim edəcək

02-04-2019
Mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq subyektlərin dairəsi müəyyənləşir

Mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq subyektlərin dairəsi müəyyənləşir

17-10-2023
Elektron ticarətdən vergi tutulacaq

Elektron ticarətdən vergi tutulacaq

10-08-2016
Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

21-12-2016
“e-mühasibat” informasiya sistemi yaradılacaq

“e-mühasibat” informasiya sistemi yaradılacaq

22-01-2025
Vergiler.az saytının yeni rubrikası istifadəyə verilib

Vergiler.az saytının yeni rubrikası istifadəyə verilib

26-09-2019
Blokçeyn texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu artır

Blokçeyn texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu artır

11-12-2018
 Nazirlik əməkdaşları üçün blokçeyn barədə  təlim keçirilib

Nazirlik əməkdaşları üçün blokçeyn barədə təlim keçirilib

14-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə