“Nazirlik korrupsiyaya qarşı mübarizədə elektron sistemlərdən istifadə edir”

13-10-2015 / 11:52

“Bu il elektronlaşdırılmış qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində 3068 nəfər işlə təmin olunub”.

Xeberler.az bildirir ki, bunu Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Nazir təhsil sistemində baş verən yeniliklərlə bağlı hesabat təqdim edib, bir sıra məsələlərə toxunub. Onun sözlərinə görə, istedadlı şagirdlərin aşkar edilməsində və onların potensialının inkişaf etdirilməsində fənn olimpiadaları və bilik yarışları müstəsna rol oynayır.

“Bu il rekord sayda, 22000-dən çox şagird fənn olimpiadalarına qatılıb. Artıq paytaxtımız beynəlxalq bilik yarışlarına da sahiblik edir. Elə bunun da nəticəsidir ki, 2019-cu ildə Bakı Beynəlxalq İnformatika Olimpiadasını qəbul edəcək”.

Mikayıl Cabbarov təhsil sistemindəki korrupsiya və digər neqativ hallarla mübarizədə elektron xidmətlərin üstünlüyündən danışıb:

"Korrupsiyaya qarşı mübarizə üsulu olaraq müəllimlərin və məktəb direktorlarının mərkəzləşdirilmiş qaydada işə qəbulu, I sinfə uşaqların elektron qəbulu, ali təhsil müəssisələrinin verdiyi diplomların elektron bazasının yaradılması Təhsil Nazirliyi tərəfindən həyata keçirilib”. 

 

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə