Previous Next
Bağla

Birinci sinfə qəbul üzrə 38 443 sorğu yerləşdirilib

29-04-2019 15:26
Birinci sinfə qəbul üzrə 38 443 sorğu yerləşdirilib

Aprelin 29-na (saat 10:00) olan məlumata əsasən, paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) üzrə 38 443 sorğu yerləşdirilib.

Xeberler.az  bildirir ki, onlardan 35 145-i ümumi təhsil məktəblərini, 3 298-i isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 80 faizinə yaxındır.2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilib. 2019-2020-ci tədris ili üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün I sinfə qeydiyyat da elektron formada aparılır.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin  mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə aparılır. Bu, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Birinci sinfə qəbul üzrə 36 289 sorğu yerləşdirilib

04-04-2019

I sinfə qəbul üzrə 30 mindən çox sorğu yerləşdirilib

24-02-2018

I sinfə qəbul üçün 3 mindən çox e-sorğu yerləşdirilib

01-06-2017

I sinfə elektron qəbul başladı

22-02-2018

Nazirlik: Elektron sistem ilə 57 minə yaxın sorğu yerləşdirilib

23-05-2018

Elektron qeydiyyat başlayıb

12-06-2018

I sinfə qəbul üzrə 37 mindən çox e-müraciət olub

14-03-2018

I sinfə elektron qəbul başlayır-Video

14-03-2017

Birinci sinfə qəbulla bağlı suallar cavablandırılıb

19-03-2019

I sinfə e-müraciət ilə bağlı yenilik

03-04-2018

Elektron sistem vasitəsilə I sinfə şagird qəbulu başlayıb

13-03-2019

Apelyasiya komissiyası fəaliyyətə başlayır

15-04-2019

I sinfə elektron qəbul başladı -Video

01-03-2016

I sinfə e-sənəd qəbulunun növbəti mərhələsi başlayır

16-06-2017

Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur

11-03-2019

Təhsil naziri I sinfə elektron qəbul ilə bağlı əmr imzalayıb

22-02-2016

I sinfə qəbulla bağlı 43 931 elektron müraciət daxil olub

22-07-2022

Təhsil İdarəsinin İşçi Qrupu müraciətləri operativ cavanlandırır

10-09-2019

I sinfə 6810 uşağın elektron müraciəti qeydə alınıb

08-06-2017

I sinfə elektron qəbul başladı-Video

15-03-2017

Müraciətlər operativ cavablandırılır

10-09-2018

Uşaqların I sinfə qəbulu prosesi başlayır

28-04-2025

Birincilərin elektron qaydada məktəbə qəbulu başlandı

05-03-2015

Birinci sinfə elektron qeydiyyat prosesində yenilik

15-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə