Previous Next
Bağla

Təhsil sahəsində elektron xidmətlərin genişləndirilməsi müzakirə olunub

16-11-2018 12:29
Təhsil sahəsində elektron xidmətlərin genişləndirilməsi müzakirə olunub

Təhsil müəssisələrində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın artırılması istiqamətində seminarlar daha üç rayon üzrə keçirilib.

Xeberler.az  bildirir ki, paytaxtın Xəzər, Nizami və Sabunçu rayonlarının ümumi təhsil məktəblərini əhatə edən seminarlarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər və valideynlər iştirak ediblər. BŞTİ tərəfindən keçirilən seminarların əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində təhsil sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin bir daha diqqətə çatdırılması və bu baxımdan qarşıda duran məsələlərin müzakirəsindən ibarətdir.

Tədbirlərdə çıxış edənlər təhsil sahəsində göstərilən elektron xidmətlərin sırasının kifayət qədər genişləndirilməsi və bu prosesin səmərəli şəkildə davam etdirilməsi nəticəsində bütün xidmətlər üzrə subyektiv amillərin maksimum azaldılması və şəffaflığın genişləndirilməsinin təmin olunması ilə bağlı həyata keçirilən tədbirləri diqqətə çatdırıblar.

Bildirilib ki, ümumi təhsil müəssisələrində pedaqoji, inzibati-idarəetmə və tədris köməkçi heyətin işə qəbulu, uşaqların I sinfə və məktəbəhazırlıq qruplarına qəbulunun elektron sistem (www.mektebeqebul.edu.az) vasitəsilə aparılması, BŞTİ-nin tabeliyindəki lisey və gimnaziyaların V və VII siniflərinə şagird qəbulunun elektron qeydiyyat və müsabiqə yolu ilə həyata keçirilməsi, vətəndaşlarla iş və vətəndaş müraciətlərinə baxılması, Səyyar qəbulların səmərəli aparılması, məktəb-valideyn əməkdaşlığının genişləndirilməsi və ictimaiyyətə açıqlığın təmin olunması məsələləri bunun bariz nümunələridir. Seminarların sonunda müvafiq mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, seminarların davam etdirilməsi nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Birinci sinfə qəbul üzrə 36 289 sorğu yerləşdirilib

04-04-2019

Birinci sinfə qəbul üzrə 38 443 sorğu yerləşdirilib

29-04-2019

Məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

09-08-2017

I sinfə elektron qəbul başlayır-Video

14-03-2017

I sinfə elektron qəbul ilə bağlı təlim keçirilib

20-02-2018

I sinfə elektron qeydiyyatla bağlı onlayn görüş keçirilib

18-04-2025

I sinfə qəbul üçün 3 mindən çox e-sorğu yerləşdirilib

01-06-2017

Apelyasiya komissiyası fəaliyyətə başlayır

15-04-2019

I sinfə elektron qəbul başladı

22-02-2018

Birinci sinfə qəbulla bağlı suallar cavablandırılıb

19-03-2019

İnformatika müəllimləri üçün seminarlar təşkil olunub

24-10-2019

I sinfə qəbul üzrə 30 mindən çox sorğu yerləşdirilib

24-02-2018

Təhsil İdarəsinin İşçi Qrupu müraciətləri operativ cavanlandırır

10-09-2019

Ən yaxşı məktəb saytları seçilib

16-12-2022

I sinfə elektron qəbul başladı -Video

01-03-2016

47 mindən çox şagirdin elektron yerdəyişməsi aparılıb

23-12-2025

Təhsil naziri I sinfə elektron qəbul ilə bağlı əmr imzalayıb

22-02-2016

Elektron qeydiyyatın vaxtı uzadılıb

25-09-2018

Müraciətlər operativ cavablandırılır

10-09-2018

"Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndiriləcək

23-04-2024

I sinfə qəbul üzrə 37 mindən çox e-müraciət olub

14-03-2018

Elektron qeydiyyat başlayıb

12-06-2018

Korrupsiyaya qarşı texnologiyalardan istifadə genişləndirilir

20-05-2016

I sinfə 6810 uşağın elektron müraciəti qeydə alınıb

08-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə