Previous Next
Bağla

Nepalın nümayəndə heyəti “ASAN xidmət”də olublar

28-02-2020 19:17
Nepalın nümayəndə heyəti “ASAN xidmət”də olublar

26-27 fevral 2020-ci il tarixində Nepal Daxili İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndə heyəti “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, həyata keçirilən layihələr və müvafiq sahələr üzrə əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədilə Azərbaycana səfər edib.

Xeberler.az bildirir ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlarla görüşü zamanı cari ilin yanvar ayında Dövlət Agentliyinin nümayəndə heyətinin Nepala səfərini diqqətə çatdırıb. Həmçinin Nepal nümayəndə heyətinin ölkəmizə səfərinin müvafiq sahələr üzrə davam edən əməkdaşlığa daha da təkan verəcəyi bildirilib.

Həmçinin qonaqlara dövlət xidmətləri göstərən qurumların ASAN Beynəlxalq Assosiasiyası barədə məlumat verilib və Nepal tərəfinin müvafiq təşkilata qoşulması ilə əlaqədar müzakirə aparılıb.

Görüşdə dövlət idarəetməsi sahəsində son dövrdə Prezident İlham Əliyev tərəfindən reallaşdırılan islahatlar, ASAN təcrübəsinin həyata keçirilməsi, dövlət xidmətlərinin göstərilməsi, habelə elektron hökumət sahəsindəki uğurlu fəaliyyətin BMT tərəfindən mükafatlandırılması və digər beynəlxalq səviyyəli mükafatlar diqqətə çatdırılıb.

Səfər çərçivəsində nümayəndə heyəti “ASAN xidmət” mərkəzi, Səyyar ASAN xidmət, ASAN Radio, ASAN Təlim- Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qonaqlara Elekton Hökumətin İnkişafı Mərkəzində Dövlət Agentliyinin müxtəlif elektron layihələri, o cümlədən “ASAN Viza”, “MyGov”, “ASAN Ödəniş”, “E-Agro”, “E-Satınalma” layihələri barədə geniş təqdimat edilib. Tərəflər arasında “ASAN Viza” təcrübəsinin öyrənilməsi və bu sistemin Nepalda tətbiqi ilə əlaqədar ilkin razılıq əldə
olunub.

Nepaldan olan nümayəndə heyəti, eyni zamanda “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə tanış olub.

Qonaqlar dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyalar sahəsində Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirib və bu qabaqcıl təcrübələrin Nepalda tətbiqinə dair maraqlarını ifadə ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət Agentliyinin sədr müavini Nepala səfər edib

30-01-2020

Yaponiya nümayəndə heyəti ASAN xidmətdə

26-07-2019

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

“Alibaba Qrup”un nümayəndə heyəti “ASAN xidmət”də

28-02-2024

Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub

27-02-2025

“Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də

04-12-2023

Liviya “ASAN xidmət” modelinin tətbiqində maraqlıdır

28-11-2025

Nepalın baş prokuroru “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

01-10-2024

Qvineya-Bisaunun naziri “ASAN xidmət”də olub

03-12-2024

Macarıstan nümayəndə heyəti “ASAN xidmət”də olublar

12-02-2026

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019

Türkiyənin və Slovakiyanın nümayəndə heyətləri “ASAN xidmət”də olublar

05-02-2025

“ASAN xidmət” təcrübəsi Qazaxıstanla paylaşılır

26-02-2025

Somali “ASAN xidmət” təcrübəsini öyrənir

09-07-2025

Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir

06-12-2024

Cibuti nümayəndə heyəti “ASAN xidmət”də olublar

09-09-2025

Ruandanın və Zimbabvenin rəsmiləri "ASAN xidmət"də olublar

21-11-2025

“ASAN xidmət” İslam İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirir

08-10-2025

Azərbaycan və Nepal elektron xidmətlər sahəsində əməkdaşlıq edəcək

25-11-2021

İtaliyalı parlamentarilər “ASAN xidmət” barədə məlumatlandırılıb

30-04-2025

Vyetnam nümayəndə heyəti “ASAN xidmət”də olub

29-07-2025

Efiopiya nümayəndə heyəti “ASAN xidmət”də olub

02-12-2024

“ASAN xidmət”in Pakistanda tətbiqi ilə bağlı işlər sürətlənləndirilir

18-11-2025

Xarici miqrasiya qurumlarının rəhbərləri “ASAN xidmət”də olublar

23-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə