Previous Next
Bağla

Nəqliyyatın İdarə Olunması Şurasının iclası keçirilib

24-10-2025 18:39
Nəqliyyatın İdarə Olunması Şurasının iclası keçirilib

Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumunda (BNF) sədrliyi çərçivəsində Bakıda BNF-nin dördüncü rüb iclasları keçirilib. Eyni zamanda Nəqliyyatın İdarə Olunması Şurasının görüşü də baş tutub. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təşkil olunan toplantının açılışında Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yunq Ta Kim çıxış edərək iclasın yüksək səviyyədə keçirilməsinə görə Azərbaycana minnətdarlığını bildirib.

Xeberler.az bildirir ki, iclasda gündəlikdəki bir sıra mühüm məsələlər müzakirə edilib. Gündəlik və əvvəlki iclasların protokolları təsdiqlənib. Sonra Baş katib forumun fəaliyyəti və görülən işlər haqqında hesabat, eləcə də 2026-cı il üçün İş Proqramı və Büdcə layihəsini təqdim edib.

Tədbirdə, həmçinin BNF-nin strateji tövsiyələrinin icrasına dair monitorinq mexanizmi, Yol Nəqliyyatı Qrupu və Tədqiqat Komitəsinin fəaliyyəti, beynəlxalq nəqliyyat tədqiqatlarının sənədləşdirilməsi üzrə strateji baxış kimi məsələlər barədə məlumatlar təqdim olunub.

Azərbaycan tərəfi vurğulayıb ki, 2026 – 2027-ci illər üçün Tədqiqat Komitəsinin İş Proqramı ölkəmizin sədrliyi dövrünün prioritetlərini – beynəlxalq nəqliyyat əlaqələrinin rəqəmsallaşdırılması və şəhər nəqliyyatının inkişafı istiqamətlərində hazırlanacaq tövsiyələri dəstəkləməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycanın BNF-də sədrlik dövründə prioritetləri beynəlxalq nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, Forumun üzvlüyünün genişləndirilməsi, ECMT Çoxsaylı Lisenziya Sisteminə üzv ölkələrin sayının artırılması ilə bilik mübadiləsinin təşviqi məsələlərini əhatə edir. Bu istiqamətlər çərçivəsində Azərbaycan dayanıqlı, inteqrasiya olunmuş və innovativ nəqliyyat siyasətinin formalaşmasına töhfə verməyi hədəfləyir.

Həmçinin iclasda 2026-cı il Sammitinin proqram layihəsi barədə məlumat təqdim olunub və Azərbaycan sədrliyinin nazirlər üçün tövsiyə sənədinə dair təklifləri müzakirə edilib. Toplantının sonunda Türkiyənin 2027 – 2028-ci illər üzrə BNF sədrliyini öz üzərinə götürəcəyi elan olunub. İştirakçı ölkələr əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Beynəlxalq Nəqliyyat Forumunun birinci rüb iclasları keçirilib

Beynəlxalq Nəqliyyat Forumunun birinci rüb iclasları keçirilib

13-03-2026
Beynəlxalq Nəqliyyat Forumu Azərbaycanın sədrliyini yüksək qiymətləndirib

Beynəlxalq Nəqliyyat Forumu Azərbaycanın sədrliyini yüksək qiymətləndirib

03-02-2026
Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi ilə görüşüb

Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi ilə görüşüb

24-10-2025
Bakıda Beynəlxalq Nəqliyyat Forumunun iclasları keçirilir

Bakıda Beynəlxalq Nəqliyyat Forumunun iclasları keçirilir

22-10-2025
Azərbaycan və BNF arasında məlumat sessiyası keçirilib

Azərbaycan və BNF arasında məlumat sessiyası keçirilib

27-04-2026
"BNF"-nin sammitində Sammitində mühüm qərarlar qəbul olunub

"BNF"-nin sammitində Sammitində mühüm qərarlar qəbul olunub

07-05-2026
Azərbaycan Dayanıqlı Mobillik üzrə İşçi qrupunda təmsil olunur

Azərbaycan Dayanıqlı Mobillik üzrə İşçi qrupunda təmsil olunur

10-06-2026
Azərbaycan Beynəlxalq tədbirdə nəqliyyat sahəsindəki təcrübəsini bölüşüb

Azərbaycan Beynəlxalq tədbirdə nəqliyyat sahəsindəki təcrübəsini bölüşüb

02-02-2026
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

28-05-2019
Azərbaycan Yol Nəqliyyatı Qrupunun iclasında təmsil olunub

Azərbaycan Yol Nəqliyyatı Qrupunun iclasında təmsil olunub

18-02-2026
Azərbaycan 12-ci Nəqliyyat Statistikası Görüşündə təmsil olunub

Azərbaycan 12-ci Nəqliyyat Statistikası Görüşündə təmsil olunub

01-04-2026
Azərbaycan beynəlxalq nəqliyyat konfransında təmsil olunub

Azərbaycan beynəlxalq nəqliyyat konfransında təmsil olunub

01-06-2026
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

24-05-2024
BNF-nin beynəlxalq seminarlarında Azərbaycanın təcrübəsindən danışılıb

BNF-nin beynəlxalq seminarlarında Azərbaycanın təcrübəsindən danışılıb

18-06-2026
Nazirlik sammitdə iştirak etdi

Nazirlik sammitdə iştirak etdi

29-05-2018
Azərbaycanın nəqliyyat sahəsində təcrübəsi nümunə kimi təqdim olunub

Azərbaycanın nəqliyyat sahəsində təcrübəsi nümunə kimi təqdim olunub

22-06-2026
Beynəlxalq Nəqliyyat  Forumunun Sammiti başa çatıb

Beynəlxalq Nəqliyyat Forumunun Sammiti başa çatıb

08-05-2026
Azərbaycanın BTİ Şurasına üzvlük üçün namizədliyi təqdim olunub

Azərbaycanın BTİ Şurasına üzvlük üçün namizədliyi təqdim olunub

29-04-2026
Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Azərbaycana verilib

Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Azərbaycana verilib

23-05-2025
Banqkokda Azərbaycanın sədrliyi ilə UNESCAP-ın 82-ci sessiyası keçirilib

Banqkokda Azərbaycanın sədrliyi ilə UNESCAP-ın 82-ci sessiyası keçirilib

27-04-2026
Azərbaycan Qlobal Dayanıqlı Nəqliyyat Forumunda təmsil olunub

Azərbaycan Qlobal Dayanıqlı Nəqliyyat Forumunda təmsil olunub

07-07-2025
Naxçıvanda “İnnovasiya üzrə Alt İşçi Qrupu"nun iclası keçirilib

Naxçıvanda “İnnovasiya üzrə Alt İşçi Qrupu"nun iclası keçirilib

23-10-2025
Türk Dövlətləri Təşkilatının Nəqliyyatı Əlaqələndirmə Komitəsinin iclası keçirilib

Türk Dövlətləri Təşkilatının Nəqliyyatı Əlaqələndirmə Komitəsinin iclası keçirilib

12-08-2022
TRASEKA Hökumətlərarası Komissiyasının 15-ci illik iclası keçirilib

TRASEKA Hökumətlərarası Komissiyasının 15-ci illik iclası keçirilib

21-10-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə