Previous Next
Bağla

"BNF"-nin sammitində Sammitində mühüm qərarlar qəbul olunub

07-05-2026 17:31
"BNF"-nin sammitində Sammitində mühüm qərarlar qəbul olunub

Almaniyanın Leypsiq şəhərində Azərbaycanın Prezidentliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Sammiti davam edir.

Xeberler.az bildirir ki, tədbirin ikinci günündə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sədrliyi ilə Nəqliyyat Nazirləri Şurasının 18-ci iclası keçirilib. İclasda yaxın illər üçün daha səmərəli və dayanıqlı nəqliyyat sistemlərinin inkişafına dair konkret nəticələr əldə olunub. Belə ki, iki siyasət tövsiyəsi qəbul edilib.

Birinci tövsiyə beynəlxalq yükdaşımalarının rəqəmsallaşdırılmasını nəzərdə tutur və beynəlxalq nəqliyyatın daha sürətli, şəffaf və dayanıqlı olmasına yönəlib. İkinci tövsiyə isə şəhər nəqliyyatının inkişafına həsr olunub. Onun əsas məqsədi yalnız səmərəli deyil, eyni zamanda inklüziv və dayanıqlı şəhərlərin qurulmasıdır. Siyasət tövsiyələri ilə yanaşı, nazirlər Qana, Panama və Perunun təşkilata yeni üzv kimi qəbulunu da təsdiqləyiblər. Bu nailiyyətlər Azərbaycanın sədrliyi dövründə həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsidir.

Şuranın iclasından sonra nazirlərin rəsmi mətbuat konfransı təşkil olunub. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev müzakirələrin nəticələri və qəbul edilən qərarlar barədə məlumat verib. Bildirilib ki, Azərbaycanın BNF prezidentliyi dövründə beş əsas prioritet istiqamət müəyyən edilib və bu istiqamətlər üzrə əldə olunan nəticələr açıqlanıb.

Bu prioritetlərə beynəlxalq nəqliyyat əlaqələrinin gücləndirilməsi və rəqəmsallaşdırılması, Forumun daha inklüziv platforma kimi inkişaf etdirilməsi, sərhədlərarası daşımaların sadələşdirilməsi, şəhər nəqliyyatının səmərəliliyinin artırılması, həmçinin bilik mübadiləsi və institusional əməkdaşlığın genişləndirilməsi daxildir.

Leypsiq şəhərində “İnkişafın sütunları – idarəetmə, innovasiya və əməkdaşlıq” mövzusunda nazirlərin açıq görüşü də təşkil olunub.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, idarəetmə, innovasiya və əməkdaşlıq kimi üç əsas sahəyə həsr olunan tədbir geniş fikir mübadiləsi üçün mühüm platformadır. Azərbaycanın sədrliyi dövründə bu istiqamətlər üzrə konkret addımlar atılıb, institusional proseslər gücləndirilib, rəqəmsallaşma və şəhər nəqliyyatı sahəsində müzakirələr genişləndirilib, üzv və tərəfdaşlar üçün açıq və inklüziv dialoq mühiti təmin olunub.

Aparılan müzakirələr idarəetmə, innovasiya və əməkdaşlığın təcrübədə daha effektiv şəkildə uzlaşdırılması üçün yeni imkanlar yaradır.

BNF Sammitinin ikinci günündə, həmçinin Azərbaycanın təşəbbüsü ilə prezidentliyin media brifinqi də təşkil olunub. Azərbaycan nümayəndə heyəti beynəlxalq media nümayəndələrinə görülən işlər barədə məlumat verib.

Qeyd olunub ki, bu müddət ərzində nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi, dayanıqlı və innovativ həllərin təşviqi istiqamətində vacib addımlar atılıb. Azərbaycan Forum çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak edərək beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə töhfə verib.

Ümumilikdə ölkəmiz nəqliyyat sistemlərinin daha səmərəli və dayanıqlı inkişafına yönələn təşəbbüslərlə çıxış edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Beynəlxalq Nəqliyyat Forumunun birinci rüb iclasları keçirilib

Beynəlxalq Nəqliyyat Forumunun birinci rüb iclasları keçirilib

13-03-2026
Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi ilə görüşüb

Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi ilə görüşüb

24-10-2025
Nəqliyyatın İdarə Olunması Şurasının iclası keçirilib

Nəqliyyatın İdarə Olunması Şurasının iclası keçirilib

24-10-2025
Azərbaycan Beynəlxalq tədbirdə nəqliyyat sahəsindəki təcrübəsini bölüşüb

Azərbaycan Beynəlxalq tədbirdə nəqliyyat sahəsindəki təcrübəsini bölüşüb

02-02-2026
Banqkokda Azərbaycanın sədrliyi ilə UNESCAP-ın 82-ci sessiyası keçirilib

Banqkokda Azərbaycanın sədrliyi ilə UNESCAP-ın 82-ci sessiyası keçirilib

27-04-2026
Azərbaycan 12-ci Nəqliyyat Statistikası Görüşündə təmsil olunub

Azərbaycan 12-ci Nəqliyyat Statistikası Görüşündə təmsil olunub

01-04-2026
Beynəlxalq Nəqliyyat Forumu Azərbaycanın sədrliyini yüksək qiymətləndirib

Beynəlxalq Nəqliyyat Forumu Azərbaycanın sədrliyini yüksək qiymətləndirib

03-02-2026
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

28-05-2019
Beynəlxalq Nəqliyyat  Forumunun Sammiti başa çatıb

Beynəlxalq Nəqliyyat Forumunun Sammiti başa çatıb

08-05-2026
Azərbaycan və BNF arasında məlumat sessiyası keçirilib

Azərbaycan və BNF arasında məlumat sessiyası keçirilib

27-04-2026
Azərbaycan Yol Nəqliyyatı Qrupunun iclasında təmsil olunub

Azərbaycan Yol Nəqliyyatı Qrupunun iclasında təmsil olunub

18-02-2026
Azərbaycanla Çex arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanla Çex arasında Anlaşma Memorandumu imzalanıb

07-05-2026
Azərbaycan beynəlxalq nəqliyyat konfransında təmsil olunub

Azərbaycan beynəlxalq nəqliyyat konfransında təmsil olunub

01-06-2026
BNF-nin beynəlxalq seminarlarında Azərbaycanın təcrübəsindən danışılıb

BNF-nin beynəlxalq seminarlarında Azərbaycanın təcrübəsindən danışılıb

18-06-2026
Nazirlik sammitdə iştirak etdi

Nazirlik sammitdə iştirak etdi

29-05-2018
Azərbaycan Dayanıqlı Mobillik üzrə İşçi qrupunda təmsil olunur

Azərbaycan Dayanıqlı Mobillik üzrə İşçi qrupunda təmsil olunur

10-06-2026
Azərbaycan Qlobal Dayanıqlı Nəqliyyat Forumunda təmsil olunub

Azərbaycan Qlobal Dayanıqlı Nəqliyyat Forumunda təmsil olunub

07-07-2025
Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Azərbaycana verilib

Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Azərbaycana verilib

23-05-2025
Nazir Rəşad Nəbiyev Çinin nəqliyyat naziri ilə görüşüb

Nazir Rəşad Nəbiyev Çinin nəqliyyat naziri ilə görüşüb

24-09-2024
Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri ilə videokonfrans formatında görüşüb

Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri ilə videokonfrans formatında görüşüb

19-01-2022
Azərbaycan UNESCAP-ın Nəqliyyat üzrə IV Nazirlər Konfransında təmsil edilib

Azərbaycan UNESCAP-ın Nəqliyyat üzrə IV Nazirlər Konfransında təmsil edilib

17-12-2021
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

24-05-2024
Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri ilə görüş keçirib

Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri ilə görüş keçirib

13-04-2021
Rəşad Nəbiyev nəqliyyat nazirlərinin görüşündə iştirak edib

Rəşad Nəbiyev nəqliyyat nazirlərinin görüşündə iştirak edib

27-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə