Previous Next
Bağla

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

24-05-2024 17:36
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

22-24 may tarixlərində Almaniyanın Leypsiq şəhərində nəqliyyat nazirləri və bir sıra beynəlxalq təşkilatların nümayəndələri daxil olmaqla 1500-dən çox iştirakçısı olan Beynəlxalq Nəqliyyat Forumunun (BNF) yaşıl nəqliyyat mövzusuna həsr olunmuş Sammiti (ITF Summit 2024) keçirilib. Forumun 2-ci vitse-prezidenti olan Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı və COP29 Əməliyyat Şirkətinin dəstəyi ilə Sammit çərçivəsində keçirilən sərgidə ilk dəfə olaraq milli pavilyonla təmsil olunub.

Tədbirdə ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Nazir müavini R.Hümmətov Sammitdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini, bu ilin noyabrında Azərbaycanın COP29 tədbirinə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.

Nazir müavini Orta Dəhlizin inkişafı, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan ərazilərinin yaşıl enerji zonası elan edilməsi, ölkəmizdə həyata keçirilən mikromobillik layihələri, yaxın müddət ərzində yerli istehsal vasitəsilə avtobus parkının tam elektrikləşdirilməsi, eləcə də ictimai nəqliyyatın yaşıllaşdırılması istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.

Sammit çərçivəsində bir sıra ölkələrin və beynəlxalq təşkilatların nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilib. Görüşlərdə mövcud əməkdaşlıq və gələcək perspektivlər ətraflı müzakirə olunub.

Sərgidə yaradılan milli pavilyonda COP29-a bu il ölkəmizin ev sahibliyi etməsi ilə bağlı ətraflı məlumat verilib. Bununla yanaşı, ölkəmizdə nəqliyyat sektorunda karbon qazı emissiyasının azaldılması, “Azərbaycanda mobilliyin transformasiyası” proqramı çərçivəsində həyata keçirilən layihələr və görüləcək işlər haqqında məlumatlar təqdim edilib.

Bakının “Rəqəmsal əkiz”inin yaradıldığı, son infrastruktur layihələrinin planlanması, müntəzəm marşrut xətlərinin optimallaşdırılması işlərinin məhz həmin “Rəqəmsal əkiz”ə əsaslanmaqla icra edildiyi bildirilib.

Qeyd edək ki, hazırda Beynəlxalq Nəqliyyat Forumunun 69 üzvü var. Azərbaycan Respublikası 1998-ci ildən BNF-nin həqiqi üzvüdür. Ötən il Sammit çərçivəsində keçirilən Nəqliyyat Nazirlərinin Şura iclasında Azərbaycan yekdil səslə 2025 – 2026-cı illər üçün tarixində ilk dəfə BNF-nin prezidenti vəzifəsinə seçilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

28-05-2019

Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Azərbaycana verilib

23-05-2025

Nazirlik sammitdə iştirak etdi

29-05-2018

Azərbaycan Regional Nəqliyyat Nazirləri Konfransında təmsil olunur

24-10-2025

Beynəlxalq Nəqliyyat Forumunun birinci rüb iclasları keçirilib

13-03-2026

Beynəlxalq Nəqliyyat Forumunun Sammiti başa çatıb

08-05-2026

Azərbaycan 12-ci Nəqliyyat Statistikası Görüşündə təmsil olunub

01-04-2026

Alman sahibkarlarından ibarət nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir

23-11-2021

Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nəqliyyat nazirlərinin konfransı keçirilib

17-08-2022

Azərbaycan nümayəndə heyəti “Yeni İpək Yolu” forumunda iştirak edib

02-10-2025

Nəqliyyatın İdarə Olunması Şurasının iclası keçirilib

24-10-2025

Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında təmsil olunub

14-10-2021

Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi ilə görüşüb

24-10-2025

Azərbaycan və BNF arasında məlumat sessiyası keçirilib

27-04-2026

Nazir müavini Beynəlxalq Nəqliyyat Forumunda iştirak edib

25-04-2026

Azərbaycan nümayəndə heyəti BTİ-nin təşkilatçılığı ilə bir sıra görüşlər keçirib

16-10-2024

Beynəlxalq Nəqliyyat Forumu Azərbaycanın sədrliyini yüksək qiymətləndirib

03-02-2026

"Rəqəmsal əkiz”in qurulmasında 60 milyarda yaxın məlumat emal olunub

18-12-2023

Nazir müavini Gürcüstanda keçirilən Beynəlxalq Rəqəmsal Bağlantı Sammitində iştirak edib

14-09-2022

“Yaşıl şəhər nəqliyyatı” mövzusunda dəyirmi masa keçiriləcək

07-11-2024

Azərbaycan Qlobal Standartlar Simpoziumu və Ümumdünya Standartlaşdırma Assambleyasında təmsil olunub

16-10-2024

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində təmsil olunur

27-04-2026

"BNF"-nin sammitində Sammitində mühüm qərarlar qəbul olunub

07-05-2026

Azərbaycan Yol Nəqliyyatı Qrupunun iclasında təmsil olunub

18-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə