Previous Next
Bağla

"NEQSOL Holding" və Təhsilin İnkişafı Fondu tələbə qızlar üçün təqaüd proqramı elan edir

06-10-2023 16:05
"NEQSOL Holding" və Təhsilin İnkişafı Fondu tələbə qızlar üçün təqaüd proqramı elan edir

Təhsilin İnkişafı Fondu (TİF) və "NEQSOL Holding" arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənədi Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov və “NEQSOL Holding Azərbaycan” ofisinin rəhbəri İmran Əhmədzadə imzalayıb.

Memorandumun məqsədi təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələr üzrə əməkdaşlığın qurulması, eləcə də tələbə qızlar üçün uzunmüddətli təqaüd proqramının təsis edilməsi və həyata keçirilməsidir.

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli dövlət-özəl tərəfdaşlığı çərçivəsində atılan bu addıma görə hər iki quruma təşəkkürünü bildirib: “Səmərəli tərəfdaşlıq formalarından biri də korporativ sosial məsuliyyət çərçivəsində olan əməkdaşlıqdır. Əminəm ki, bu əməkdaşlığın yaxşı nəticələri olacaq və gələcəkdə yeni layihələr də həyata keçiriləcək”.

E.Nəsibov isə "NEQSOL Holding"lə dövlət-özəl tərəfdaşlıq nümunəsi olan bu əməkdaşlığın əhəmiyyətini vurğulayıb: “Əməkdaşlıq çərçivəsində qızların təhsilinə dəstək, eləcə də TİF-in təşkilatçılığı ilə dövlət-universitet-sənaye işbirliyinə dair Təhsilin İnkişafı Forumunun və digər mümkün təşəbbüslərin dəstəklənməsi gözlənilir”.

İ.Əhmədzadə isə bildirib ki, təhsil sahəsi və insan kapitalının inkişafı holdinqin diqqət mərkəzindədir və bu istiqamətdə artıq bir sıra layihələr həyata keçirilib: “Gənc qızların təhsilinə dəstək layihəsi çərçivəsində tələbələr il ərzində aylıq təqaüd almaqla yanaşı, təhsil sahələri üzrə təcrübə keçmək, mentorluq proqramında iştirak və digər imkanlardan faydalana biləcəklər. Layihə onların peşəkar kadr kimi yetişməsinə, gələcəkdə layiqli işlə təmin olunmasına və cəmiyyətə faydalı olmasına töhfə verəcək”.

2023-2024-cü tədris ili ərzində tələbə qızlar üçün təqaüd proqramı haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə etmək mümkündür - https://bit.ly/3LIXf3O.

"NEQSOL Holding" 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NEQSOL Holding Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Parla” təqaüd proqramı həyata keçirir

01-03-2024

NEQSOL Holding, Təhsilin İnkişafı Fondu ilə, "Parla" iştirakçıları üçün xüsusi tədbir keçirib

10-03-2025

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə NEQSOL Holding arasında Anlaşma imzalanıb

29-11-2023

"NEQSOL Holding" əməkdaşların kibertəhlükəsizlik biliklərini artırmaq üçün "Infosec IQ" ilə tərəfdaşlıq edir

03-10-2023

NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

14-04-2026

NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir

19-03-2026

NEQSOL Holding Azərbaycanda ən iri vergi ödəyiciləri sırasına daxil olub

06-03-2025

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

06-06-2025

Peerstack Academy: İT sahəsində Qwasar Silicon Valley təhsil proqramları artıq Azərbaycanda

17-04-2025

NEQSOL Holding-də yeni təyinatlar-Korporativ idarəetmə gücləndirilir

22-12-2022

NEQSOL Holding Novruz Bayramı münasibətilə “YAŞAT” Fonduna 500 000 manat vəsait köçürüb

19-03-2022

"NEQSOL Holding" “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb

18-03-2023

NEQSOL Holding qlobal təlim təchizatçısı O'Reilly ilə tərəfdaşlığa başlayır

25-05-2023

"NEQSOL Holding" “YAŞAT” Fondu ilə şəhid və qazi ailələrinə dəstəyini davam etdirir

21-04-2023

“NEQSOL Holding” Həmrəylik Günü münasibətilə “YAŞAT” Fonduna ianə edib

30-12-2021

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

08-11-2025

"NEQSOL Holding" L.E.A.P. adlı istedadların idarə edilməsi qlobal proqramına start verib

12-07-2023

“NEQSOL Holding” Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon ayırıb

02-10-2020

“Təhsildən tərəqqiyə” adlı tədbir keçirilb

17-01-2024

NEQSOL Holding autizmli şəxslərə dəstək üçün BSİB ilə əməkdaşlığa başlayır

31-01-2024

NEQSOL Holding Atlantik Şurasının tədbirində iştirak edib

03-04-2025

"NEQSOL Holding", "LinkedIn Learning" və "NEQSOL Academy" arasında əməkdaşlığı elan edir

06-10-2021

NEQSOL Holding, Ukrayna sement istehsalçısının paylarını almaq niyyətini şərh edib

19-10-2021

NEQSOL Holding Teymur Tağıyevi Baş Əməliyyat Direktoru təyin edib

05-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə