Previous Next
Bağla

“Təhsildən tərəqqiyə” adlı tədbir keçirilb

17-01-2024 16:35
“Təhsildən tərəqqiyə” adlı tədbir keçirilb

Yanvarın 16-da Azərbaycan Texniki Universitetində (AzTU) Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə “Təhsildən tərəqqiyə” adlı tədbir keçirilb.   

 Xeberler.az xəbər verir ki, “Təhsildən tərəqiyyə” adlı tədbirdə dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, özəl sektorun nümayəndələri iştirak ediblər.

 Tədbirdə açılış nitqi ilə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bildirib ki, dövlət-özəl tərəfdaşlığına həsr olunmuş tədbirin keçirilməsində məqsəd Təhsilin İnkişafı Fondunun reallaşdırdığı layihələr, eləcə də Fondun gələcək fəaliyyəti haqqında məlumat vermək, tərəfdaşları təlif etməkdir. 2023-cü il ərzində Fond tərəfindən görülən işlər barədə tədbir iştirakçılarını məlumatlandıran sədr təhsil vasitəsilə tərəqqiyə gedən bu yolda dövlət və özəl qurumları, ali təhsil müəssisələrini daha sıx əməkdaşlığa dəvət edib.

 AzTU-nun rektoru Vilayət Vəliyev Təhsilin İnkişafı Fondunun fəaliyyətə başladığı gündən dövlət-özəl, universitet-sənaye əməkdaşlığına xüsusi əhəmiyyət verdiyini və bu istiqamətdə uğurlu addımlar atdığını vurğulayıb. Bu əməkdaşlığın ən uğurlu nümunəsinin ötən il baş tutan Təhsilin İnkişafı Forumu olduğunu bildirən rektor Fondun gələcək fəaliyyətində uğurlar arzu edib.

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışı zamanı TİF ilə birlikdə həyata keçirilən “Qızların təhsilinə dəstək” layihəsinə toxunaraq qeyd edib ki, layihə gələcəyin qurucuları kimi qalib Azərbaycan gənclərinin, savadlı, bilikli, hüquqlarını və öhdəliklərini bilən şəxsiyyət kimi formalaşmasına töhfə verir. Komitə sədri qızların təhsilinə dəstək çağırışına ilk olaraq qadın sahibkarların səs verdiyini, daha sonra bu sıraya digər iş adamları, qurumlar, müxtəlif təşkilat və birliklərin qoşulduğunu və Təhsilin İnkişafı Fondunun vasitəsilə artıq bu istiqamətdə sistemli bir iş görüldüyünü söyləyib.

 Daha sonra təhsilin inkişafına yönəldilmiş layihələrə dəstək verən dövlət qurumları və özəl sektor nümayəndələrinə tərəfdaşlıq və ianə sertifikatları təqdim olunub.

 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən “Cadenza” Orkestrinin ifaları ilə müşaiyət edilən tədbirin yekununda qonaqlar müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzTU-da universitet-sənaye tərəfdaşlığı çərçivəsində görüş keçirilib

12-06-2024

“Bilişim Vadisi Bakı”ya üzv olan şirkət nümayəndələri ilə görüş keçirilib

15-02-2024

Təhsilin İnkişafı Forumu keçirilib.

03-11-2023

"NEQSOL Holding" və Təhsilin İnkişafı Fondu tələbə qızlar üçün təqaüd proqramı elan edir

06-10-2023

“Bilişim Vadisi”nin nümayəndə heyəti Təhsilin İnkişafı Fondunun qonağı olub

12-09-2023

Təhsilin İnkişafı Fondu ilk rəsmi sənədini imzaladı

14-07-2022

“Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramı təsis olunub

11-07-2023

AzTU və Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyi arasında müqavilə imzalanıb

12-12-2023

NEQSOL Holding Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Parla” təqaüd proqramı həyata keçirir

01-03-2024

Şəhərdaxili hərəkət (mobillik) planının icrasına dair hesabat konfrans

22-12-2023

“Təhsilə baxış dəyişir” – TİF sədri ilə MÜSAHİBƏ

08-01-2024

“Gənc İnnovatorlar” startap müsabiqəsinin qalibləri mükafatlandırılıb

08-12-2023

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub

07-03-2024

ABB Qarabağ Universitetinin 50 tələbəsinə təqaüd ayıracaq

03-06-2025

AzTU-da İKT sahəsində ixtisaslaşmış şirkətlərlə görüş keçirib

19-07-2023

Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi mövzusunda dəyirmi masa keçirilib

24-01-2019

NEQSOL Holding, Təhsilin İnkişafı Fondu ilə, "Parla" iştirakçıları üçün xüsusi tədbir keçirib

10-03-2025

2027–2030-cu illərdə elm və ali təhsilin strateji hədəfləri müzakirə olunub

06-10-2025

AzTU-da yeni tədris mərkəzinin açılışı olub

19-07-2022

YTP və ölkənin aparıcı universitetləri strateji əməkdaşlığa imza atıb

14-02-2025

Azərbaycan Texniki Universitetində əmək yarmarkası keçirilib

20-10-2022

Nazirlik milli startap ekosistemin formalaşmasına diqqəti artırır

16-12-2016

Bakıda xarici mütəxəssislər startap seminarları keçir-Foto

19-10-2017

AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib

14-03-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə