Previous Next
Bağla

Peerstack Academy: İT sahəsində Qwasar Silicon Valley təhsil proqramları artıq Azərbaycanda

17-04-2025 15:32
Peerstack Academy: İT sahəsində Qwasar Silicon Valley təhsil proqramları artıq Azərbaycanda

"NEQSOL Holding"in tərkibinə daxil olan NEQSOL Academy Təhsilin İnkişafı Fondu və Technology SNI tərəfdaşlığı ilə yaradılan Peerstack Academy-nin rəsmi açılış tədbiri həyata keçirilib.

Peerstack Academy Azərbaycanda informasiya texnologiyaları sahəsində beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanması üçün ABŞ-da yerləşən tanınmış texnologiya təhsili təminatçısı olan Qwasar Silicon Valley ilə tərəfdaşlıq edərək onların təhsil proqramlarını təqdim edir. Akademiya Azərbaycan Texniki Universitetinin ərazisində bu məqsədlə yaradılmış müasir tədris məkanında fəaliyyət göstərir.

Akademiyada beynəlxalq standartlara əsaslanan, layihə yönümlü və praktiki biliklərə üstünlük verən intensiv full-stack proqramlaşdırma təlimi keçirilir. Proqram Qwasar Silicon Valley-nin metodologiyasına uyğun hazırlanıb və real iş proseslərini əks etdirir. Təlim çərçivəsində tələbələr Ruby, JavaScript, React, PostgreSQL və REST API kimi texnologiyalar üzrə təcrübə qazanır və iki beynəlxalq akkreditasiyalı diplom və işlək tətbiqlərdən ibarət portfoliolarla məzun olurlar.

Tələbələr üçün təhsil haqqının 70% hissəsini NEQSOL Holding qarşılayır. Bu dəstək proqramın daha çox insanlar üçün əlçatan olmasını təmin etməklə yanaşı, ölkədə texnologiya sahəsinin inkişafına da töhfə verir. 2024-cü ildə başlayan seçim mərhələsi nəticəsində seçilmiş tələbələr artıq təhsillərinə başlayıb.

Tədbirdə Peerstack Academy-nin Direktoru Camal Rzayev, Azərbaycan Texniki Universitetinin Rektoru Vilayət Vəliyev, NEQSOL Holding Azərbaycan ofisinin Rəhbəri İmran Əhmədzadə, NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov və Qwasar Silicon Valley-nin Baş İcraçı Direktoru Kwame Yamgnane çıxış ediblər.

“Peerstack Academy rəqəmsal gələcəyə yönəlmiş uzunmüddətli sərmayədir və regionda innovasiya, təhsil və insan kapitalının inkişafını dəstəkləyən geniş strategiyamızın bir hissəsidir. Gənc istedadları qlobal səviyyəli təhsil və qabaqcıl təcrübələri ilə bir araya gətirməklə, biz bu sahədə yeni nəsil mühəndislərin, peşəkarların və sahibkarların yetişməsi üçün möhkəm təməl qururuq,” – deyə, NEQSOL Holding-in Sədri Yusif Cabbarov bildirib.

“Təhsilin İnkişafı Fondu olaraq inanırıq ki, innovativ və keyfiyyətli təhsilə yatırım ölkəmizin inkişafının təməlidir. Peerstack Academy güclü tərəfdaşlığın qlobal səviyyəli bacarıqların daha geniş təbəqə üçün əlçatan olmasına və gələcəyin peşəkar kadr bazasının formalaşmasına töhfəsinin bariz nümunəsidir,” – Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qeyd edib.

Tədbirdə çıxış edənlər Peerstack Academy təhsil ilə əmək bazarının tələblərini birləşdirən strateji tərəfdaşlığın uğurlu nümunəsi kimi qeyd ediblər. Müasir tədris məkanında yaradılan şərait və təqdim olunan imkanlar, Qwasar-ın qabaqcıl tədris yanaşması və proqramları xüsusi vurğulanıb.

NEQSOL Holding-in nümayəndələri ölkədə ixtisaslı İT mütəxəssislərinə artan ehtiyacı və tələb-təklif arasında fərqi, Peerstack Academy-nin bu ehtiyacı qarşılamaq məqsədilə yaradılmasını və məzunların gələcəkdə Holdinqin şirkətlərində də işləmə imkanlarını qeyd ediblər.

Peerstack Academy və təqdim etdiyi proqramlar haqqında daha ətraflı məlumat və müraciət üçün:

peerstack.tech
Facebook: facebook.com/peerstack.tech
Instagram: instagram.com/peerstack.tech
LinkedIn: linkedin.com/company/peerstack-academy

NEQSOL Holding telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

Təhsilin İnkişafı Fondu Azərbaycanın təhsil sisteminin inkişafını dəstəkləyən və dövlət təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsinə kömək edən publik hüquqi şəxsdir.

Qwasar Silicon Valley ABŞ-da yerləşən texnologiya təhsili təminatçısıdır və proqram mühəndisliyi, full-stack inkişafı, məlumat elmi, süni intellekt/maşın öyrənməsi və DevOps sahələrində intensiv, layihə əsaslı təlim proqramları təqdim edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Peerstack Academy” 3-cü mərhələ üzrə qəbul elan edir

08-10-2025

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30-01-2026

Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır

20-05-2026

NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır

28-03-2024

"NEQSOL Holding" və Təhsilin İnkişafı Fondu tələbə qızlar üçün təqaüd proqramı elan edir

06-10-2023

Bakcell gənc qızların İKT sahəsində təhsilinə dəstək verir

23-04-2026

"NEQSOL Holding", "LinkedIn Learning" və "NEQSOL Academy" arasında əməkdaşlığı elan edir

06-10-2021

NEQSOL Holding qlobal təlim təchizatçısı O'Reilly ilə tərəfdaşlığa başlayır

25-05-2023

NEQSOL Holding, Təhsilin İnkişafı Fondu ilə, "Parla" iştirakçıları üçün xüsusi tədbir keçirib

10-03-2025

NEQSOL Academy gələcək inkişaf üçün oyunlaşdırma texnikasını təqdim edib

08-08-2022

"NEQSOL Holding" əməkdaşların kibertəhlükəsizlik biliklərini artırmaq üçün "Infosec IQ" ilə tərəfdaşlıq edir

03-10-2023

NEQSOL Holding, NEQSOL Academy və Liderlik İnkişaf Proqramlarına görə beynəlxalq mükafatlara layiq görülüb

10-08-2022

NEQSOL Holding Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Parla” təqaüd proqramı həyata keçirir

01-03-2024

NEQSOL Holding 2026 BEST Award mükafatına layiq görülüb

12-03-2026

NEQSOL Holding mükafata layiq görülüb

06-09-2022

NEQSOL Holding Azərbaycanda ən iri vergi ödəyiciləri sırasına daxil olub

06-03-2025

NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir

19-03-2026

NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

14-04-2026

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə NEQSOL Holding arasında Anlaşma imzalanıb

29-11-2023

NEQSOL Holding-də yeni təyinatlar-Korporativ idarəetmə gücləndirilir

22-12-2022

"NEQSOL Holding" L.E.A.P. adlı istedadların idarə edilməsi qlobal proqramına start verib

12-07-2023

“NEQSOL Holding” Həmrəylik Günü münasibətilə “YAŞAT” Fonduna ianə edib

30-12-2021

NEQSOL Holding Atlantik Şurasının tədbirində iştirak edib

03-04-2025

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

06-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə