Nestle və Google daha bir ortaq işə imza atdı - YouTube Break

15-05-2015 / 12:16

Android 4.4-ün Key Lime Pie olaraq adlandırılması gözlənilsə də Google və Nestle son dəqiqədə sürpiz dəyişiklik edərək Android 4.4-ün adını KitKat qoyub.

Ləzzətli şokolad istehsalçısı Kit Kat  üçün daha bir yenlik təqdim olunub.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə,  Google və Nestle  Kit Kat-ın 80 yaşını qeyd etmək üçün  600.000-ci  şokoladda Kit Kat loqosu yerinə “YouTube Break”  adının çap olunacağını bildiib. Sadəcə İngiltərədə satışa çıxacaq olan şokoladlar 400 fərdi qablaşdırma ilə istehsal olunacaq.

Qablaşdırmanın üzərində “Break” kəlməsi olan 72 fərqli ifadələrdən istifadə olunacaq. Həmçinin Google ağıllı telefon sahibləri üçün “Ok Google, Youtube my break” xidmətini istifadəyə verəcək. Ağıllı telefon istifadəçiləri Youtube-da “Ok Google, Youtube my break” səsli axtarışı etdikdə günün ən populyar videoları ilə qarşılaşacaqlar.

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə