Google bu videoya görə YouTube-u satın alıb

23-12-2015 / 11:38

2006-cı ildə Google-un YouTube-u satın almasını əyləncəli video  təmin edib. 

Xatırladaq ki, 2014-cü ildən YouTube-un icraçı direktoru Susan Wojcicki-dir. 

O vaxtlarda, yəni Google-un YouTube-u aldığı vaxtda Susan "Google Video" bölməsinin rəhbərlərindən olub.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, internetin istifadəçi kütləsinin artmasını görüb, daha da inkişaf etmək istəyən Google yeni investisiyalar axtarıb.

Xarici KİV-lərin məlumatına görə, Google "Video" bölməsini daha da inkişaf etdirmək  üçün Wojcicki Silikon Vadisinin üzvlərindən olan YouTube-u almaq istəyirmiş. 

Onun YouTube-u almağa onu cəlb edən isə əyləncəli bir video olub.

Belə ki, bu video iki çinlinin Backstreet Boys-un “As Long As You Love Me” mahnısını oxuduğu video olub.

Wojcicki-nin bu videonu bəyənməsinin səbəbi heç bir professional studiyoya ehtiyac  duymadan insanların bu cür videoları hazırlaması olub.

O, videodan sonra YouTube-un funksiyalarını araşdırıb və Google-a üzv etmək istəyib.

Qeyd edək ki, 2006-ci ildə Google dünyanın ən böyük video platforması YouTube-u 1.65 milyard dollara alıb.

2006-cı ildə Google-un YouTube-u satın almasını təmin edən əyləncəli videonu təqdim edirik.

 

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə