Google-dan zövqə uyğun dəyişən telefon qabı

21-05-2015 / 16:31

Dünyaya hər gün yenilik gətirən Google şirkəti daha bir yeniliyə imza atıb.

Xəbərlər-in verdiyi məlumata görə, yeniliyin əsası ondan ibarətdir ki, artıq telefon qabları istəyə uyğun olaraq arxasını dəyişə biləcəksiniz, yəni canlı telefon qabınız olacaq. Gün ərzində yüklədiyiniz temaya uyğun olaraq səhər bir şəkil, axşama doğru isə başqa bir şəkilə çevrilir. Modelin daha bir funksiyası isə odur ki, NFC-dən istifadə edərək arxasında görünməyən düyməsinin köməyi ilə kamera proqramını və ya seçdiyiniz proqramı bir toxunuşla aça bilərsiniz.

Bu telefon qabları hələ ki yalnız Android telefonları üçündür (hamısı üçün yox). Uyğun modellər isə bunlardır : Samsung Galaxy S6 , Samsung Galaxy S5, Samsung Galaxy Note 4, Nexus  5, Nexus 6. Skrillex üçün özəl və məhdud sayda istehsal olunan telefon qabları artıq Google bazarında  satışa çıxarılıb.

İsmayıl İsmayılov


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə