Previous Next
Bağla

9-cu siniflər üçün buraxılış imtahanı başlayır

01-03-2017 14:39
9-cu siniflər üçün buraxılış imtahanı başlayır

Dövlət İmtahan Mərkəzi (DİM) martın 5-də  Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək.

Bu barədə Xeberler.az-a DİM-dən məlumat verilib.

Qeyd edilib ki, həmin gün ümumilikdə 40124 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə fevralın 22-dən etibarən çap edib götürə bilirlər.

Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 11:00-da başlanır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

imtahana buraxılış vərəqəsini;

şəxsiyyəti təsdiq edən sənədin əslini:

Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

Şəxsiyyət vəsiqəsində şəkli olmayan  şagirdlər  digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 79 imtahan mərkəzi ayrılıb.

İmtahanda 40124 (Yasamal rayonunda 2665, Binəqədi rayonunda 4052, Səbail rayonunda 1580, Xətai rayonunda 3657, Xəzər rayonunda 2935, Nərimanov rayonunda 2203, Suraxanı rayonunda 2965, Sabunçu rayonunda 4392, Nəsimi rayonunda 2274, Qaradağ rayonunda 2060, Nizami rayonunda 2495, Pirallahı rayonunda 340, Sumqayıt şəhərində 4359, Abşeron rayonunda 3603, Xızı rayonunda 138, Qobustan rayonunda 406)  nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına ümumilikdə 244 imtahan rəhbəri, 2852 nəzarətçi‑müəllimayrılıb.

Məlumata görə, hazırda qeyd olunan rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir.

Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə martın 4-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Günel

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Buraxılış imtahanında 35 mindən çox şagird iştirak edəcək

Buraxılış imtahanında 35 mindən çox şagird iştirak edəcək

15-03-2017
Növbəti buraxılış imtahanlarında 57088 şagird iştirak edəcək

Növbəti buraxılış imtahanlarında 57088 şagird iştirak edəcək

20-06-2017
Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

28-07-2022
56 rayonda buraxılış imtahanı keçirilib

56 rayonda buraxılış imtahanı keçirilib

12-03-2017
35 mindən çox abituriyent imtahan verəcək

35 mindən çox abituriyent imtahan verəcək

27-04-2017
İmtahana buraxılış vərəqini necə çap etmək lazımdır?

İmtahana buraxılış vərəqini necə çap etmək lazımdır?

04-04-2017
Qəbul imtahanları başlayır

Qəbul imtahanları başlayır

06-04-2017
Rəqəmsal SAT imtahanı keçiriləcək

Rəqəmsal SAT imtahanı keçiriləcək

09-09-2025
Növbəti rəqəmsal SAT imtahanı təşkil olunacaq

Növbəti rəqəmsal SAT imtahanı təşkil olunacaq

01-10-2025
Martın 8-də rəqəmsal SAT imtahanı keçiriləcək

Martın 8-də rəqəmsal SAT imtahanı keçiriləcək

05-03-2025
Rəqəmsal SAT imtahanı keçiriləcək

Rəqəmsal SAT imtahanı keçiriləcək

07-03-2023
Növbəti rəqəmsal SAT imtahanı keçiriləcək

Növbəti rəqəmsal SAT imtahanı keçiriləcək

02-12-2025
Növbəti rəqəmsal SAT imtahanı keçiriləcək

Növbəti rəqəmsal SAT imtahanı keçiriləcək

02-06-2025
Növbəti SAT imtahanı keçiriləcək

Növbəti SAT imtahanı keçiriləcək

05-11-2025
Bu gün rəqəmsal SAT imtahanı keçiriləcək

Bu gün rəqəmsal SAT imtahanı keçiriləcək

08-03-2025
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

30-10-2023
Rəqəmsal SAT imtahanı keçiriləcək

Rəqəmsal SAT imtahanı keçiriləcək

28-04-2026
Növbəti rəqəmsal SAT imtahanı keçiriləcək

Növbəti rəqəmsal SAT imtahanı keçiriləcək

29-10-2024
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

01-10-2024
İlk peşə-ixtisas təhsilli şagirdlər üçün keçirilən buraxılış imtahanları başa çatıb

İlk peşə-ixtisas təhsilli şagirdlər üçün keçirilən buraxılış imtahanları başa çatıb

18-02-2019
DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20-05-2019
"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

05-05-2025
Azərbaycanda ilk dəfə informatika fənni üzrə qəbul imtahanı keçirildi

Azərbaycanda ilk dəfə informatika fənni üzrə qəbul imtahanı keçirildi

05-06-2023
40 mindən çox şagird  buraxılış imtahanı verib

40 mindən çox şagird buraxılış imtahanı verib

06-03-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə