“World Net Summit” onlayn konfransı bu gün “Startup Academy” və “Monex Summit” tədbirləri ilə öz işinə başlayır. Konfrans Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, “SUP VC” və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi, “bp” şirkətinin baş sponsorluğu və “Net Summit LLC”nin təşkilatçılığı ilə keçirilir.
Xeberler.az bildirir ki, ümumilikdə “Startup Academy”, “Monex Summit”, “Government Address”, “Baku E-Trade Forum”, “Maintech Forum”, “Venture Summit”, “Corporate Innovation Forum”, “Influencer Summit” olmaqla, 8 fazadan ibarət “World Net Summit”də 15 ölkədən 50-dən artıq spikerin çıxışı nəzərdə tutulur.
Bu gün saat 16:30-18:00-da “SUP VC”nin direktoru Vüsal Kərimlinin moderatorluğu, NRYTN-in İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli, Gürcüstan İnnovasiyalar və Texnologiya Agentliyinin sədri Avtandil Kasradze, “Startup Estonia”nın baş icraçı direktoru Maarika Truu, “Astana Hub”ın baş icraçı direktoru Jospef Ziqler, “Startup Lithuania”nın baş icraçı direktoru Roberta Rudokiene, BMT-nin İnkişaf Proqramının Avropa və Mərkəzi Asiya üzrə Regional Bürosunun İdarəetmə və innovasiyalar üzrə mütəxəssisi Lejla Sadikunun spiker kimi iştirakları ilə “Startup Academy” fazası baş tutacaq.
“Monex Summit” fazası isə saat 19:30-21:00-da “MENA Fintech Association”ın sədri Nameer Xanın moderatorluğu, “Mastercard” şirkətinin vitse-prezidenti Fabrizio Burlando, “Burnmark”ın baş icraçı direktoru Devie Mohan, “Santander Bank”ın maliyyə sənayesinin transformasiyası üzrə rəhbəri Juan Jimenez Zaballos və “Mastercard”ın Açıq bankçılıq üzrə qlobal rəhbəri Hakan Eroğlunun spikerliyi ilə təşkil ediləcək.
Tədbirlər “Facebook” sosial şəbəkəsi ( https://www.facebook.com/netsummit/ ) və “Youtube” ( https://www.youtube.com/channel/UCv72EWEAQKBQdHX0ZB1fYLw ) üzərindən canlı yayımlanacaq.
Qeyd edək ki, digər fazalar barədə ətraflı məlumatı tədbirin saytında ( https://worldnetsummit.com/home ) qeydiyyatdan keçməklə əldə etmək mümkündür.
Qeydiyyatdan keçənlərin elektron poçt ünvanlarına tədbirlər canlı yayımlanan zaman bildiriş göndərilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri