Previous Next
Bağla

“Qələbədə ölkəmizin istehsalı olan milli texnologiyanın rol oynaması bizə qürur verir”

18-12-2020 20:54
“Qələbədə ölkəmizin istehsalı olan milli texnologiyanın rol oynaması bizə qürur verir”

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “FA International Trade Events” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən “World Net Summit” beynəlxalq onlayn konfransın ikinci günü maraqlı panellərlə davam edib. 

Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru və “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Selçuk Bayraktar tədbir iştirakçılarını salamlayaraq dəvətə görə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə təşəkkürünü bildirib.

S.Bayraktar Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin başa çatması, Vətən
müharibəsində qazanılan qələbə münasibətilə təbrik edib və şəhidlərimizə Allahdan
rəhmət diləyib.

“Qarabağ məsələsini gənclik illərimizdən içimizdə bir ağrı kimi hiss edirdik. Bu gün Azərbaycan və Türkiyə ordularının böyük səyi nəticəsində bu ağrı bitdi. Qələbədə ölkəmizin istehsalı olan milli texnologiyanın rol oynaması bizə qürur verir. Bu zəfərin əsl sahibləri isə şəhidlərdir. Eşq olsun türk ordularına! Yaşasın Azərbaycan – Türkiyə qardaşlığı!” – deyə Bayraktar qeyd edib.

O, pilotsuz uçuş aparatı sənayesində fəaliyyətləri, inkişaf strategiyaları barədə geniş
məlumat verib. Hərbi milli sənaye hərəkatında dronların əhəmiyyətli rolundan bəhs edib.

Bayraktarın sözlərinə görə, hazırda Türkiyə dron istehsalı ilə məşğul olan 6 ölkədən
biridir. S.Bayraktar çıxışında Vətən müharibəmizdə də istifadə edilən “Bayraktar TB2” pilotsuz uçuş aparatlarına geniş yer verib. Bildirib ki, bu aparatlar Azərbaycan da daxil olmaqla 4 ölkəyə ixrac olunub. Hazırlanmasında süni intellektdən istifadə edilən “Bayraktar TB2”-nin detallarının 93 faizi milli istehsaldır.

O, həmçinin pandemiya dövründə süni tənəffüs cihazları istehsalına başladıqlarını
diqqətə çatdırıb və cihazların strukturu haqda danışıb. Selçuk Bayraktar “Türkiye Teknoloji Takımı” inkubasiya mərkəzini yaratdıqlarını söyləyib: “Mərkəzimiz süni intellekt, “Əşyaların interneti”, müasir texnologiyalar sahəsində fəaliyyət göstərir. Bu istiqamətdə gənclərin yeni bilik və bacarıqlar qazanması və yeniliklərə imza atması əsas hədəfimizdir”.

S. Bayraktar əlavə edib ki, azərbaycanlı gənclərin “Baykar Makina” şirkətində
təcrübə keçmələri də nəzərdə tutulur.

Konfransda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Elmir Vəlizadə bildirib ki, pandemiya dövründə onlayn görüşlərin keçirilməsi böyük
əhəmiyyət kəsb edir. O, “World Net Summit” beynəlxalq onlayn konfransının dövlət və özəl sektor, beynəlxalq təşkilatlar, xarici ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafına müsbət töhfə verdiyini xüsusilə vurğulayıb.
 
Dünyaca məşhur “Apple” şirkətinin yaradıcılarından olan Stiv Voznyak konfransın
işinə uğurlar arzulayaraq, müasir dövrdə texnologiyanın sürətlə inkişaf etdiyini və
bəşəriyyət üzərində qələbə çaldığını qeyd edib.

Onlayn konfransda çıxış edən “Entrepreneur” jurnalının baş redaktoru Jason Feifer
insanların dəyişiklikləri sevmədiyini və buna müqavimət göstərdiklərini, lakin əslində innovasiyaların tarixi əhəmiyyət kəsb etdiyini bildirib.

“World Net Summit” adlı beynəlxalq onlayn konfransda, həmçinin dövlət
qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, xarici ölkələrdən yüksək səviyyəli dövlət nümayəndələri və digər xarici ekspertlər iştirak ediblər.

İki gün davam edən “World Net Summit” beynəlxalq konfransı çərçivəsində internet, maliyyə, bankçılıq, texnologiya, nəqliyyat, investisiya, biznes, sığorta, innovasiya və digər əlaqəli sahələri əhatə edən “Monex Summit Caspian”, “Global
Influencer Day”, “Government Address”, “AutoTech Conf”, “StartUp Academy”,
“Venture Summit”, “Corporate Innovation Forum” kimi beynəlxalq onlayn panelləri
təşkil olunub ( https://worldnetsummit.com/ ).

Qeyd edək ki, “World Net Summit” beynəlxalq təşkilatların, dövlət qurumlarının,
ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər və startapçıları bir araya gətirən mühüm platformadır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“World Net Summit” beynəlxalq onlayn konfransı təşkil edilib

18-12-2020

“World Net Summit” beynəlxalq onlayn konfransında Selcuk Bayraktar çıxış edəcək

18-12-2020

“World Net Summit” beynəlxalq onlayn konfrans başa çatıb

16-05-2020

NRYTN-in dəstəyi ilə “World Net Summit” onlayn konfransı keçiriləcək

07-05-2020

"Bayraktar" PUA-ları Küveytə ixrac edilib

14-06-2023

"Bayraktar Teknoloji Azərbaycan" PUA istehsalına başlayıb

03-10-2025

"Bayraktar" PUA-ların istehsalçısı Azərbaycanda fəaliyyətə başlayır

26-12-2022

"Türkiyə müdafiə vasitəsi texnologiyalarının 70 faizini özü qarşılayır"

18-12-2020

NRYTN-in dəstək verdiyi “World Net Summit” bu gün işə başlayır

11-05-2020

Kosova “Bayraktar” TB2 PUA-larını əldə etdiyini açıqlayıb

16-07-2023

"Baykar" şirkəti Ukraynaya "Bayraktar" PUA-sı hədiyyə etdi

24-08-2023

Selcuk Bayraktar: “Azərbaycanlı gənclər “Bayraktar” şirkətində süni intellekt üzərində işləyirlər”

02-10-2023

Səlcuk Bayraktar Bakıda MiG-29-da uçub

25-05-2022

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsinin kütləvi istehsalına başlanılacaq

06-06-2023

Selçuk Bayraktar: "Bakıda yenidən "TEXNOFEST" keçirməyə hazırıq"

30-08-2023

“Azərbaycanlı mühəndislər “BAYKAR”ın dəstəyi ilə ağıllı pilotsuz sistemlərinin inkişafı üzrə çalışır”

26-07-2023

Zakir Həsənov Selçuk Bayraktarı medalla təltif edib

03-04-2023

Bayraktar whatsapp-ı boykot etdi

11-01-2021

Səlçuk Bayraktar: Azərbaycanlı qardaşlarımızı komandaları ilə “TEKNOFEST”ə müraciət etmələrini gözləyirik

04-02-2021

“World Net Summit”in son iki tədbiri baş tutacaq

14-05-2020

BDU tələbələri “Bayraktar Teknoloji Azerbaycan”da təcrübə keçəcəklər

09-01-2025

Onur Ocak: “Bayraktar Teknoloji Azərbaycan"da 15 gənc işə qəbul edilib

29-11-2025

Azərbaycanda üçüncü “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək

09-12-2020

Azərbaycanda "Akıncı" pilotsuz uçuş aparatları istehsal edilə bilər

07-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə