Previous Next
Bağla

Nvidia: İstənilən xoşagəlməz sürpriz qlobal fond bazarını iflas etdirə bilər

26-08-2025 17:50
Nvidia: İstənilən xoşagəlməz sürpriz qlobal fond bazarını iflas etdirə bilər

“Nvidia” şirkəti çərşənbə günü növbəti maliyyə rübü haqqında hesabat verəcək, lakin bir çox fond bazarı iştirakçıları onu süni intellekt sistemləri üçün komponentlər bazarında əsas benefisiarlardan biri hesab edərək hesabatlarının təhlilinə daha geniş məna verirlər. Şirkət bildirir ki, istənilən xoşagəlməz sürpriz qlobal birjaların çökməsinə səbəb ola bilər.

Xeberler.az “Financial Times”a istinadən məlumat verir ki, bu ilin əvvəlindən “Nvidia”nın səhmləri 30 faizdən çox bahalaşıb, şirkətin kapitallaşması isə 4 trilyon dolları ötüb. Əsasən bu emitentin yüksək xüsusi çəkisi sayəsində S&P 500 indeksi bu il 9% möhkəmlənib. “Nvidia” səhmlərinin dinamikası artıq yaxın illərdə süni intellekt sahəsinə investisiyanın perspektivlərini müəyyən edən bir növ fond bazarının göstəricisinə çevrilir.

“Financial Times” nəşrinin məlumatına görə, analitiklər orta hesabla “Nvidia”nın keçən rübdə 46 milyard dollar gəlir əldə edəcəyini gözləyirlər ki, bu da illik müqayisədə 53% artım deməkdir. Bununla belə, bu dinamika bəzilərini məyus edə bilər, çünki şirkətin gəliri əvvəlki rübdə 69%, 2024-cü ilin əvvəlində isə bu rəqəm 250%-dən çox artıb. “Morgan Stanley” mütəxəssisləri əmindirlər ki, bazar artıq “Nvidia”nın gəlir artım tempi ilə maraqlanmır - investorlar şirkətin digər bazar oyunçuları ilə müqayisədə daha yaxşı nəticələr göstərmək qabiliyyətini daha çox qiymətləndirəcəklər.

“Nvidia” şirkətinin Çinə H20 sürətləndiricisi tədarükləri ilə bağlı vəziyyət investorların əhvali-ruhiyyəsinə ziddiyyətli təsir göstərir. Bir tərəfdən şirkət ən yaxşı vaxtlarında belə Çindəki ümumi gəlirinin 15%-dən çoxunu ala bilməyib. Digər tərəfdən, mövzu o qədər siyasiləşib ki, şirkətin səhmlərinin qiymətinin dəyişməsi kifayət qədər əhəmiyyətli dərəcədə ondan asılıdır. “Nvidia rəhbərliyi” ABŞ tərəfindən aprel qadağasının iyul ayında qaldırılmasından sonra H20 sürətləndiricilərinin tədarükünün bərpası probleminin sürətli həllinə arxalanmayaraq, Çində gəlir gözləntilərini müvəqqəti olaraq ümumi proqnoza daxil etməmək qərarına gəlib.

Bununla belə, “Wedbush “analitikləri “Nvidia”nın süni intellekt seqmenti sayəsində gəlirlərini artırmağa davam etmək qabiliyyətinə yanaşmada çox optimistdirlər. Onların Asiya mənbələrindən əldə etdikləri məlumatlara görə, şirkətin sürətləndiricilərinə olan tələbat hazırda tədarükdən on dəfə çoxdur və belə şəraitdə onun tez bir müddətdə təmin olunmasından danışmaq mümkün deyil.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nvidia yenidən dünyanın ən yüksək bazar dəyərinə malik şirkəti olub

04-07-2025

ABŞ “Nvidia”ya çiplərini Çinə ixrac etmək üçün lisenziya verib

09-08-2025

Nvidia Çin bazarı üçün Süni İntellekt Çipi hazırlayır

20-08-2025

“Nvidia” ən dəyərli şirkətlər reytinqində birinci yerə yüksəlib

04-06-2025

Nvidia Çin bazarına süni intellekt çiplərinin satışını bərpa edir

15-07-2025

“Nvidia” Çin üçün ucuz AI çipləri buraxacaq

26-05-2025

Nvidia yeni nəsil süni intellekt çipini təqdim edib

20-05-2025

Nvidia "H200" çip komponentləri təchizatçıları istehsalı dayandırıblar

17-01-2026

Çin yerli şirkətlərə Nvidia çiplərinin istifadəsini məhdudlaşdırıb

12-08-2025

Nvidia: Çin süni intellekt yarışında ABŞ-yə qalib gələcək

06-11-2025

Azərbaycan "Nvidia" ilə əməkdaşlığı müzakirə edib

13-12-2025

Nvidia Blackwell çipini təqdim edib

21-10-2025

DirectX 10.1 tətbiq olunmağa başlandı

20-10-2008

ABŞ Çini daha az inkişaf etmiş Nvidia çipləri ilə təmin edəcək

30-07-2025

Özbəkistan “Nvidia” ilə əməkdaşlığa başlayır

10-11-2025

“Tesla”nın mənfəəti artıb

23-04-2026

DeepSeek Sİ modelinin hazırlanmasına 294 min dollar xərcləyib

19-09-2025

“Nvidia” “Siemens” şirkəti ilə əməkdaşlıq edəcək

07-01-2026

OpenAI beş il ərzində 1 trilyon dollarlıq dəyərə çatmağı hədəfləyir

15-10-2025

Personal superkompüter təqdim olunub

19-11-2008

Nvidia Səudiyyə Ərəbistanının süni intellekt startapı ilə saziş imzalayıb

15-05-2025

“Nvidia AI” ilə “DeepL” 18 gündə bütün interneti tərcümə edə bilir

13-06-2025

Nvidia Çinə yeni çiplərin göndərilməsi üçün ABŞ ilə danışıqlar aparır

23-08-2025

Microsoft-un bazar dəyəri ilk dəfə 3 trilyon dolları keçib

25-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə