Morgan Stanley analitikləri inkişaf etmiş və formalaşmış bazarlarda smartfonlara tələbatın azalması fonunda qlobal smartfon bazarının artım tempi üzrə proqnoza yenidən baxıblar.
Xəbərlər-in RYTN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ekspertlər 2015- 2016-cı illərdə smartfonların tədarükünü müvafiq olaraq 3,1 və 6,3 faiz azaldıblar.
Analitiklər hesab edir ki, 2015-2016-cı illərdə tədarükün həcmi müvafiq olaraq 1,46 və 1,61 milyard təşkil edəcək.
Smartfonların satışı üzrə ən böyük regional bazar olan Çinə smartfonların tədarükü planlaşdırıldığından 1,4 faiz az olacaq. Yeni qiymətləndirməyə əsasən, Çinə 433 milyon smartfon tədarük ediləcək ki, bu da 2015-ci il üçün proqnozlaşdırılmış nəticədən yalnız 2 faiz yüksəkdir. Cari ildə mütəxəssislər Çinə smartfon tədarükünün 1 faiz səviyyəsində artımını gözləyirlər.
ABŞ investsiya bankının analitiki Casmin Lyu Çin və inkişaf etmiş ölkələrdə smartfonların nüfuzetmə səviyyəsinin yüksək dərəcəsini, əhalinin alıcılıq qabiliyyətini zəiflədən valyuta dəyişiklikləri smartfon tələbatına mənfi təsir edən amillər kimi göstərib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri