Ödənişli Facebook nə qədər olacaq?

18-04-2018 / 17:01

Cambridge Analytica skandalı ilə problemlərdən qurtula bilməyən Facebook yeni dəyişikliklər edir.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bu yeniliklərdən biri ödənişli Facebook platformasının yaradılmasıdır.

Məlum olduğu kimi, Facebook-un iş modeli əsasən istiafdəçilərin reklamlara hədəflənməsini təmin etməkdir.

Beləliklə, yeni ödənişli Facebook-da istifadəçilər artıq reklamlarla qarşılaşmayacaq.

Xatırladaq ki, ötən günlərdə şirkətin rəhbəri Mark Zuckerberg ABŞ Senatının sullarına cavab verməkdə çətinlik çəkib. O, elə ifadəsi zamanı bu yeniliklərin olacağını da bildirib.

Qeyd edək ki, ödənişli xidmətdən yararlanmaq istəməyən istifadəçilər əvvəlki qaydada tətbiqdən istifadə edəcək.

Məlumata görə, ödənişli xidmətdən istifadə qiyməti isə ilkin olaraq 7 dollardan başlayacaq. Analtiklərin araşdırmasına görə, bu miqdar 11-14 dollara qədər yüksələ bilər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə