Previous Next
Bağla

Cambridge Analytica şirkəti iflas etdi

04-05-2018 10:00
 Cambridge Analytica şirkəti iflas etdi

Məlum olduğu kimi, Cambridge Analytica 87 milyon Facebook istifadəçisinin məlumatlarından ABŞ prezidenti Donald Tramp-ın seçkilərdə qələbə qazanması üçün istifadə edib.

Bu da günlərdir dünayada ciddi müzakirələrə səbəb olub. Şirkətin bu addımı Facebook rəhbərinin məhkəmədə ifadə verməsinə səbəb olub.

Qeyd edilən şirkət fəaliyyətini dayandırıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bu barədə Cambridge Analytica-nın sözçüsü Clarence Mitchell açıqlama verib.

Onun sözlərinə görə, bu “ əsassız ” hadisə şirkətin bütün müştərilərini itirməsinə səbəb olub.

Belə ki, müştərilərini itirən şirkət gəlir mənbəyi olmadığından yaxın günlərdə iflas etdikləri ilə bağlı məlumat yayıb.

Facebook isə bildirib ki, Cambridge Analytica şirkəti bağlansa da, onlar barəsində başladılan araşdırma davam edəcək.

Elşən Abdulkərimov 

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə