Facebook fərdi məlumatların idarəetməsini dəyişir

29-03-2018 / 21:18

Cambridge Analytica skandalından sonra Mark Zuckerberg fərdi məlumatların idarəetmə sistemində dəyişikliklə elan edəcəyini açıqlayıb.

Xeberler.az bildirir ki, yeniliklərin təsvir Facebook-un bloqunda dərc edilib.

İlk yenilik Facebook-un mobil proqramında sosial şəbəkənin sazlamalarından ibarət bölmənin yenidən dizayn edilməsi ilə bağlıdır. Yenilənmiş versiya daha aydın olacaq və bütün sazlamalar bir yerdə əlçatan olacaq. Bundan başqa, yenilənmiş bölmə istifadəçilərə kənar proqramlara əlçatan olan informasiya haqda dəqiq məlumat əldə etməyə imkan verəcək.

Həmçinin proqramçılar “Privacy Shortcuts” adlı ayrıca menyu yaradıblar. Artıq istifadəçilər üçün öz hesabının məxfiliyini sazlamaq, dostlarla paylaşılan informasiyaya nəzarət etmək, Facebook-da axtarış tarixçəsinə baxmaq və reklam nümayişini sazlamaq daha asan olacaq.

Nəhayət, Facebook-a yüklənmiş bütün məlumatları asanlıqla yükləmək imkanı təqdim edilib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə