HUAWEI Azərbaycan şirkətinin dəstəyi ilə “Gözəl Azərbaycan” layihəsi çərçivəsində avqustun 15-də Bakıda “Daha möhkəm İpək yolunun qurulması” devizi altında HUAWEI-nin ən son texnologiyalarının nümayiş etdirildiyi sərgi açılıb.
Xeberler.az-ın məlumatına görə,sərgidə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Nazim Cəfərov isə Azərbaycanda İKT, rabitə və yüksək texnologiyalar sahəsində aparılan islahatlar və həyata keçirilən layihələrə toxunaraq, ölkəmizin regional və qlobal layihələrin təşəbbüskarı kimi çıxış etdiyini qeyd edib.
Azərbaycanda dinc məqsədlərlə istifadəsi nəzərdə tutulan nüvə texnologiyasının tətbiqi, nüvə energetikası sahəsində aparılan işlərdən danışan N.Cəfərov bu məqsədlə Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradıldığını, eyni zamanda Azərspace, Azersky peyklərinə malik olan ölkəmizdə kosmik sənaye potensialının möhkəmləndirilməsi istiqamətində hazırda növbəti peyk layihələrinin icra edildiyini nəzərə çatdırıb.
Nazirliyin şöbə müdiri Azərbaycanın ikinci telekommunikasiya peyki olan Azerspace-2-nin orbitə çıxarılacağını qeyd edib. O həmçinin bu il XXII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları Bakutel 2016 sərgi və konfransının keçirilməsinin planlaşdırıldığını da bildirib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri