Previous Next
Bağla

BakuTel-2016-nın keçiriləcəyi tarix açıqlandı

04-10-2016 11:54
BakuTel-2016-nın keçiriləcəyi tarix açıqlandı

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi Iteca Caspian şirkətinin təşkilatçılığı ilə  keçirilən BakuTel-2016  beynəlxalq informasiya-texnologiyaları sərgi-konfransı çərçivəsində sektor üzrə ən son yeniliklər təqdim olunacaq.

RYTN-dən Xeberler.az-a verilən məlumata görə, açılış mərasimi  29 noyabr tarixində Bakı Ekspo Mərkəzində reallaşacaq sərgi öz işini  dekabr ayının 2-dək davam etdirəcək.

Artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən sərgi-konfransın Tədbirlər Planı təsdiq olunub.

Telekommunikasiya və informasiya texnologiyaları sektorunun bütün nailiyyətlərinin nümayiş etdirilməsi üçün platforma rolunu oynayan sərgidə mütərəqqi ideya və layihələr təqdim ediləcək, sektorun inkişafı üçün əhəmiyyətli müzakirələr aparılacaq. Yeni biznes münasibətləri qurulması baxımdan sərgi-konfrans bir çox ölkələrin mütəxəssis, ekspert və sahə peşəkarları üçü böyük əhəmiyyət kəsb edir.

Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, mobil rabitə operatorları, internet provayderlər, sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alacaq.

Sərgidə kommunikasiya, şəbəkə, biznes üçün rəqəmsal həllər, İT infrastrukturu və xidmətləri, məlumatların emalı kimi ənənəvi seqmentlərlə yanaşı, audio-video sistemlər, bank texnologiyaları, peyk rabitəsi, teleradio yayımı sistemləri üzrə ən son yeniliklər nümayiş olunacaq.

Sərgi çərçivəsində “Gözdən əlil uşaqlar üçün səsli kitabxana”, “Muzeylərin rəqəmsamlaşdırlması” layihələrinin təqdimatı baş tutacaq.

Eyni zamanda, sərgi çoxsaylı konfrans və forumlarla müşayət olunacaq. 

Sərgi-konfransın iş günləri ərzində “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Sinqapurun Rabitə və İnformasiya Nazirliyi arasında e-hökumət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun  imzalanması nəzərdə tutulub.

Bundan başqa, Regional Rabitə Birliyinin informasiya cəmiyyətinin inkişafı üzrə yüksək səviyyəli işçi qrupunun 4-cü iclası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İKT-nin inkişafı üzrə işçi qrupunun ilk iclası və Nazirlər Toplantısı, ikinci Azərbaycan-Böyük Britaniya Yüksək Texnologiyalar Forumu, İnternet İdarəçiliyi üzrə dördüncü Regional Forumun keçirilməsi də Bakutel-2016-nın iş planına daxildir. 

 

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu il BakuTel-də startaplara yer ayrılacaq?

04-10-2016

Bakutel-də iştirak etmək istəyən startapçıların nəzərinə

21-10-2016

Bakıda Bakutel 2008 sərgisi öz işinə başlayır

11-11-2008

Bakutel 2015 - Fotolarda

02-12-2015

Bakutel 2017-də hansı yeniliklər olacaq?

19-09-2017

Ölkəmiz beynəlxalq İKT sərgi-forumunda təmsil olunub

20-04-2016

Bakıda “BakuTel-2010” sərgisi açıldı

24-11-2010

Bu il Bakutel-də ən son texnologiyalar təqdim ediləcək

21-11-2016

Bakutel 2015-də 200-dən artıq şirkətin iştirakı gözlənilir

14-09-2015

İlham Əliyev Bakutel-2016 sərgisi ilə tanış olub-Foto

30-11-2016

BTİ-nin baş katibinin startapçılarımızla görüşü gözlənilir

28-11-2016

Haulin Zao startapçılarımızla görüşüb-Foto

29-11-2016

“BakuTel-2010” sərgisində İKT yeniliklərinin naviqatoru

21-11-2010

19-cu “Bakutel” sərgi və konfransılarının tarixləri müəyyənləşib

31-10-2013

Rusiya ilə İKT sahəsində əməkdaşlıq müzakirə edilib

24-05-2016

Bakıda 16-cı “BakuTel” sərgi və konfransı keçiriləcək

11-11-2010

Azərbaycan nümayəndələri Minskdə İKT sərgidə iştirak edir

19-04-2017

NRYTN ilə Rusiyanın Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş təsdiqlənib

26-06-2021

Bakutel-in rəsmi saytı yenilənib

18-10-2016

Dünyanın 100-dən artıq şirkəti Bu gün Bakutel 2009-da bir araya gəldi

04-11-2009

Bakıda HUAWEI-in ən son texnologiyaları nümayiş edilib

16-08-2016

Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

02-12-2019

Bakutel-2018-ə həsr olunan mətbuat konfransı keçirilib

03-12-2018

Azərbaycanın “Elektron hökumət” modeli Rusiyada təqdim edilib

20-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə