Ölkəmizdə “Whatsapp” və “Skype” məhdudlaşdırıla bilərmi?

07-04-2015 / 21:10

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "WhatsApp", "Skype" və digər internet mesajlaşma şəbəkələrinin fəaliyyətini məhdudlaşdırmaq istəmir.

Xəbərlər-in məlumatına əsasən, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bu gün Bakıda "Azerfon" şirkətinin təşkilatçılığı ilə keçirilən mətbuat konfransında WhatsApp-ın səs xidmətlərinin tətbiq edilməsindən danışərkən şərh deyib.

Onun sözlərinə görə, tətbiq edilən xidmət mobil operatorların gəlirlərinin azalmasına təsir etsə belə, WhatsApp-ın bağlanması vəziyyətdən çıxış yolu deyil: "Azərbaycan internetin azad olduğu və hər kəsin lisenziya almağa ehtiyac olmadan şəbəkəyə qoşulma xidmətlərini göstərə bildiyi azsaylı ölkələrdən biridir".

İ.Məmmədov qeyd edib ki, hazırda ölkədə 40-dan artıq internet servis provayderi fəaliyyət göstərir: "Bu baxımdan məhdudlaşdırıcı tədbirlər həll yolu deyil, əksinə, onların texnoloji inkişafı hamının rifahına xidmət edə bilər. Həmin xidmətin məhdudlaşdırılması gündəmdə deyil".

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə