WhatsApp-a GIF yaratma və paylaşma dəstəyi gəldi

07-11-2016 / 14:59

WhatsApp sonunda GIF dəstəyi də gəldi.

Xeberler.az-ın məlumatına  görə, iOS tətbiqinə bu gün gələn yeniləmə ilə birlikdə GIF paylaşımı ilə yanaşı, istifadəçilər  öz GİF-lərini də yarada biləcək.

Facebook Messenger, iMessage və digər məşhur mesajlaşma platformalarına bənzər şəkildə Giphy ilə əməkdaşlıq edən WhatsApp tətbiqi daxilində də artıq GIF-lərə həmin dəqiqə çatmaq mümkündür. Bunun üçün mesajlaşma ekranında foto / video paylaşmasını seçib və açılan ekranın sol alt küncündə "GİF axtar" ikonuna toxunmaq kifayətdir.

WhatsApp-ın bu yeniləməsi  rəqiblərindən fərqli olaraq GIF paylaşma və oynatma dəstəyi ilə  məhdud deyil. Belə ki, tətbiq üzərindən WhatsApp-ın 1 milyard istifadəçisinin öz GIF-lərini yaratması və 6 saniyəyə qədər videolar; mümkündür.

İstifadəçilərin GIF-ləşdirmək istədikləri videonu yenə WhatsApp paylaşma menyusundan seçib, lazım olsa qısaltmaları və GIF keçid düyməsinə toxunmaları lazımdır.

Təkrarlanan animasiya video dəstəyi WhatsApp-da iPhone 6S ilə birlikdə tanıtdığı Live Photos-u da aktiv etdi.

Belə ki, yeniləmə ilə birlikdə iPhone-unuzla çəkdiyiniz Live Photos-u WhatsApp-da 3D Touch ilə seçib, yuxarı çəkəndə  fotoşəkil , ya da GIF ilə paylaşma seçənəyini görürsünüz. “GIF ilə paylaş” ı seçsəniz,  WhatsApp bu məzmunları birbaşa GIF formatına çevirib, qarşı tərəf ilə paylaşır.

 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə