"WhatsApp"da yenilik: Yazışmaları gizlətmək olar

10-10-2023 / 13:54

"WhatsApp" növbəti yeni funksiyasını təqdim edib.

Artıq istifadəçilər istədiyi şəxslərlə yazışmalarını gizlədə bilərlər.

Söhbət kilidi adlanan funksiyadan yararlanmaq üçün "Face ID" və ya barmaq izi üsullarından birini seçmək kifayətdir.

Kilidlənmiş söhbətlər qovluğu mesencerin yuxarı hissəsindəki pəncərədə yerləşir. Buraya daxil olaraq istədiyiniz zaman yazışmanının kilidini aktiv və ya deaktiv edə bilərsiniz.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə