Previous Next
Bağla

WhatsApp-la bağlı problemin Azərbaycanla əlaqəsi yoxdur- Nazirlikdən açıqlama

01-07-2015 15:44
WhatsApp-la bağlı problemin Azərbaycanla əlaqəsi yoxdur- Nazirlikdən açıqlama

Azərbaycanda  WhatsApp  messencerinin işində müşahidə olunan problemlərin ölkənin mobil rabitə operatorları və  rabitə administrasiyası ilə bağlılığı yoxdur.

Xeberler.az-ın məlumatına görə, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəyan edir ki, nazirlik mobil şəbəkə üzərindən fəaliyyət göstərən proqram əlavələrinin istifadəsinə qadağa qoymaq niyyətində deyil.

Tənzimləyici orqan olaraq nazirlik texnologiyaların və innovasiyaların inkişaf etdirilməsi tərəfdarıdır.

Azərbaycanda internet azaddır və bu gün ölkədə 3 mobil operator və 40-dan çox internet provayder fəaliyyət göstərir. Bu tip xidmətlərin qarşısının alınması inkişafın qarşısını almaq anlamına gəlir və belə bir məsələ nazirliyin prioriteti ola bilməz.

Ölkədə fəaliyyət göstərən mobil operatorlar məşhur tətbiqlər vasitəsi ilə bu gün mobil rabitə operatorlarının şəbəkəsi üzərindən pulsuz yazılı, səsli mesajların mübadiləsinin aparıldığını,  hətta artıq səsli və görüntülü data məlumatlarının ötürülməsinin mümkünlüyünü qeyd edirlər.

Hazırda ölkədə mobil internet istifadəçilərinin sayı günü-gündən artır və  bu cür servislər sayəsində istifadəçilər mobil  internet trafikindən daha çox  istifadə edirlər. Nəticə olaraq operatorlar səsli mobil rabitə xidmətlərindən əldə etdikləri gəlirləri itirsələr də, data xidmətlərindən əldə etdikləri gəlirlər bunu ödəyir. Belə olan halda hər hansı bir mobil tətbiqin məhdudlaşdırılması mobil operatorun maraq dairəsinə daxil ola bilməz.

WahtsApp-ın işində problemlərin yaranması haqda məlumatları şərh edən yerli mobil operatorların təmsilçiləri bu problemlərin onların şəbəkəsi ilə bağlı olmadığını qeyd edib.

Araşdırma nəticəsində məlum olub ki, hazırda WhatsApp messenceri Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, İspaniya kimi inkişaf etmiş ölkələrdə, eləcə də Cənubi Amerika, Hindistan, Avstraliyada problemlərlə işləyir və ya ümumiyyətlə işləmir.

 www.kazhdysboy.ru  saytında dərc olunmuş xəritədə mobil tətbiqdə problem qeydə alınan ölkələr göstərilib.

Xəritədə sarı rənglə nasazlıqların müşahidə olunan ölkələr arasında Azərbaycanın da adı var. Ölkəmizdəki problemin mövcudluğu ilə bağlı ştrix xətt digər Avropa ölkələrinə nisbətən daha açıq sarı rənglə əks edilib.

Qeyd edək ki, problemlər digər ölkələrdə artıq iyun ayının 18-dən etibarən müşahidə olunur.

WhatsApp— smartfonlar üçün nəzərdə tutulmuş prioritet messencerdir. Servis mətnli mesajlar, təsvirlər, video və audio fayllar göndərməyə imkan verir. 

 

Məltəm Talıbzadə 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda "Whatsapp"ın işində problem qismən aradan qalxıb

20-07-2023

Azərbaycanda WhatsApp-dan niyə zəng etmək mümkün deyil? – Araşdırma

14-11-2015

“WhatsApp” səsli zəngi sınaq etməyə başladı

01-04-2015

WhatsApp-ın zəng funksiyası qismən bərpa olunub

17-11-2015

Ölkəmizdə “Whatsapp” və “Skype” məhdudlaşdırıla bilərmi?

07-04-2015

“Mobil texnologiyalar daha əlçatan olmalıdır”

04-04-2015

Mobil rabitə operatorları vahid arabağlantı tariflərinə keçəcək

21-04-2015

ETX “WhatsApp” hesablarının təhlükəsizliyini gücləndirməyi tövsiyə edir

07-09-2022

Azərbaycanda mobil internetlə WhatsApp zəngi bərpa edilib

16-06-2016

“WhatsApp” Almaniyada SİM kartların satışına başlayıb

09-04-2014

Mobil internetlə WhatsApp zəngi etmək hələ də mümkün deyil

04-12-2015

Nar 2018-ci ilin ikinci rübünün nəticələrini açıqladı

28-07-2018

Azərbaycanda mobil rabitə tarifləri azaldılır

29-04-2015

Mobil operatorların messencerlərlə mübarizəsi: Operatorlar siradan çıxacaqmı?

22-11-2014

Əli Abbasov mobil operatorların rominq tariflərindən razı deyil

11-02-2011

“Mobil operatorlarımız tədricən internet provayderinə çevriləcək”

01-12-2015

İstifadəçilər internet vasitəsilə səsli zənglərə üstünlük verir

12-01-2016

Nar 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib

20-02-2019

Mobil rabitə operatorları avqustun 1-dən mobil nömrələrin daşınması prosesinə başlamasa

17-07-2013

Mobil rabitə 1 trilyon dollar gəlir gətirəcək

26-10-2010

“Mobil xidmətlərin keyfiyyəti ilə bağlı monitorinqlərin nəticələri açıqlanmalıdır”

15-07-2015

Nar nömrə ilə xaricdə WhatsApp pulsuzdur

18-03-2019

NRYTN-dən səhiyyə işçilərinə dəstək

21-07-2020

Nar 4G şəbəkəsi ölkədə ən yüksək göstəricilərə malikdir

14-03-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə