Previous Next
Bağla

Telekanallarda son səkkiz ayda doqquz ciddi pozuntu faktı aşkarlanıb

02-09-2024 17:42
Telekanallarda son səkkiz ayda doqquz ciddi pozuntu faktı aşkarlanıb

Bu ilin səkkiz ayı ərzində aparılan monitorinqlərin nəticəsi olaraq, televiziya və radio kanallarının efirində doqquz ciddi pozuntu faktı aşkarlanıb.

Xeberler.az məlumat verir ki, bu barədə Audiovizual Şuradan bildirilib.

Qeyd edilib ki, həmin faktlara görə yayımçılara bir ümumi açıqlama ilə tövsiyə-xəbərdarlıq (elektron siqaret reklamları ilə bağlı bütün yayımçılara), bir rəsmi xəbərdarlıq (erkən nikahın təbliğinə görə ) olunub.

Bundan başqa, dörd yayımçının proqramlarının yayımı müvəqqəti dayandırılıb. Belə ki, ayrıseçkiliyin təbliğinə görə “MTV” 8 saat, müəllif hüquqlarını pozduğuna görə “ATV”, “ARB” və “ARB Günəş”in hərəsi 3 saatlıq yayımı dayandırılıb.

Həmçinin “Səhiyyə TV”də reklamda müvafiq lisenziya məlumatlarının verilməməsinə görə 2 protokol, “İTV”də “18+” kateqoriyalı məzmunun 6 - 23.00 aralığında verilməsinə görə 1 protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Məlumatda, həmçinin bildirilib ki, texniki xəta səbəbindən yaranmış pozuntular da olub, buraya səhər efirində dövlət himninin səsləndirilməməsi (4 fakt), reklam yayımı ilə bağlı (58 fakt), sponsorluqla bağlı (36 fakt), dövlət dili ilə bağlı (3 fakt), məhkəmə qərarı olmadan hər hansı şəxsin günahkar adlandırılması ilə bağlı (2 fakt), hüzn günü ilə bağlı (4 fakt) texniki pozuntular daxildir.

"Belə pozuntular qeydə alınan kimi həmin yayımçılara bildirişlər göndərilib və xətanın aradan qaldırılması təmin olunub", - deyə məlumatda qeyd edilib.

Şuradan, həmçinin məlumat verilib ki, televiziya kanallarındakı məzmunla bağlı vətəndaş müraciətləri də olub, ümumi olaraq Şuraya 44 yazılı, 22 telefon müraciəti daxil olub:

"Həmin müraciətlərdən 62-də yayımda baş vermiş hal vətəndaşlar tərəfindən pozuntu kimi təfsir olunsa da, təkrar monitorinq nəticəsində pozuntu halı təsbit olunmamış və vətəndaşlara müvafiq məlumat verilib. 4 müraciətlə bağlı pozuntu faktı (reklam və sponsorluqla bağlı 3, “18+” kateqoriyası ilə bağlı 1 pozuntu) təsdiqlənib, bununla bağlı qanunvericiliyə uyğun olaraq bəzi hallarda yayımçılara müvafiq tövsiyə verilib, bəzi hallarda sanksiya tətbiq olunmuş və həmin vətəndaşlara bununla bağlı məlumat verilib".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bu il televiziyalarda 323 pozuntu aşkarlanıb-Xəbərdarlıq edildi

Bu il televiziyalarda 323 pozuntu aşkarlanıb-Xəbərdarlıq edildi

26-12-2022
Altı ayda telekanallarda 5 qanun pozuntusu aşkarlanıb

Altı ayda telekanallarda 5 qanun pozuntusu aşkarlanıb

21-07-2025
Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

13-06-2025
Audiovizual Şuranın növbəti iclası keçirilib

Audiovizual Şuranın növbəti iclası keçirilib

08-10-2025
"Space TV"-nin yayımı 6 saatlıq dayandırılacaq

"Space TV"-nin yayımı 6 saatlıq dayandırılacaq

13-09-2025
“Səhiyyə TV” 16 min manat cərimələnib

“Səhiyyə TV” 16 min manat cərimələnib

27-08-2024
Audiovizual Şura "ATV Plus"u  məhkəməyə verib

Audiovizual Şura "ATV Plus"u məhkəməyə verib

09-10-2024
4 televiziya kanalına xəbərdarlıq edildi

4 televiziya kanalına xəbərdarlıq edildi

01-05-2023
Televiziya proqramları ilə bağlı Audiovizual Şuraya 124 müraciət daxil olub

Televiziya proqramları ilə bağlı Audiovizual Şuraya 124 müraciət daxil olub

14-02-2025
Azərbaycanda bir neçə kabel şəbəkə yayımçılarının lisenziyasına xitam verilib

Azərbaycanda bir neçə kabel şəbəkə yayımçılarının lisenziyasına xitam verilib

12-11-2021
Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

09-10-2023
Space TV-nin yayımı 3 saatlıq dayandırılıb

Space TV-nin yayımı 3 saatlıq dayandırılıb

17-11-2022
Audiovizual Şuranın növbəti iclası keçirilib

Audiovizual Şuranın növbəti iclası keçirilib

18-10-2024
MTRŞ: Dövlət kanallarında bəzi çatışmazlıq aşkarlanıb

MTRŞ: Dövlət kanallarında bəzi çatışmazlıq aşkarlanıb

18-01-2021
Yeni televiziya kanalına və radioya lisenziya verilib

Yeni televiziya kanalına və radioya lisenziya verilib

08-09-2015
“ATV Plus” cərimələnib

“ATV Plus” cərimələnib

01-11-2024
Audiovizual Şurada televiziya yayımçıları ilə görüş keçirilib

Audiovizual Şurada televiziya yayımçıları ilə görüş keçirilib

21-05-2025
Retranslyasiya xidmətinin doqquz operatorunun hər biri cərimələnib

Retranslyasiya xidmətinin doqquz operatorunun hər biri cərimələnib

15-01-2025
Yeni radionun açılması üçün elan olunmuş müsabiqənin qalibi məlum olub

Yeni radionun açılması üçün elan olunmuş müsabiqənin qalibi məlum olub

11-03-2022
Audiovizual Şuranın iclası keçirilib, bir neçə şirkətə platforma yayımçısı lisenziyası verilib

Audiovizual Şuranın iclası keçirilib, bir neçə şirkətə platforma yayımçısı lisenziyası verilib

14-06-2023
İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçilib

İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçilib

25-05-2026
Bəzi radiotezliklər mobil rabitənin istifadəsinə verildi

Bəzi radiotezliklər mobil rabitənin istifadəsinə verildi

24-11-2023
Azərbaycanda yeni radio açılır

Azərbaycanda yeni radio açılır

24-01-2024
MTRŞ kabel televiziyası yayımında dəyişikliklər edir

MTRŞ kabel televiziyası yayımında dəyişikliklər edir

21-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə