Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 2,7 milyona çatıb.
Xeberler.az bildirir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2019-cu ildə istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlara dair toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış və yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı yaradır.
“E-sosial” portalı üzərindən pensiya, müavinət, təqaüd, əlillik, reabilitasiya, məşğulluq, iş yeri və s. barədə müxtəlif növdə elektron arayış əldə etmək də mümkündür.
Bu ilin 10 ayında portaldan 13,8 milyon dəfə istifadə olunub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları