“Onlayn Media 2014” layihəsinin təlimlərinə start verilir

22-10-2014 / 14:11

Multimedia Mərkəzinin “Onlayn Media 2014” layihəsi çərçivəsində jurnalistlər üçün təşkil etdiyi təlimlər 27-31 oktyabr saat 14.00 – 17.00-da AMEA İnformasiya Texnologiyaları İnstitutunun Təlim Mərkəzində  keçiriləcək. 

Təlimlərin məqsədi ölkədə  informasiya cəmiyyəti quruculuğundan, xüsusilə elektron hökumət quruculuğundan yazan jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərməkdir. Təlimləri hər il olduğu kimi İKT və media sahəsində çalışan  peşəkar mütəxəssislər  aparacaq.

Xeberler.az bildirir ki,  təlimlər jurnalistlərə uyğun xüsusi Proqram əsasında keçiriləcək. Proqramda sosial mediadan effektiv istifadə imkanları, multimedia jurnalistikası, internetdə reklam, mobil internet və mobil texnologiyalar, onlayn şəffaflıq və informasiya azadlığı, elektron hökumət və açıq hökumət, kibercinayətkarlıq sahəsi ilə əlaqəli mövzular öz əksini tapıb.

Təlimlərdə müxtəlif media  subyektlərində  çalışan jurnalistlər, Jurnalistika ixtisası üzrə təhsil alan  tələbələr  – gənc jurnalist və bloqçular iştirak edəcəklər .

Təlimi uğurla başa vuranlara sertifikatlar veriləcək.

Adı çəkilən Layihə çərçivəsində həmçinin jurnalistlər, bloqçular və tələbələr üçün nəzərdə tutulan Onlayn Media müsabiqəsi də hazırda davam edir.  Müsabiqə üçün məqalələr və müsabiqə çərçivəsində mikrobloqçularun yazdığı tvitlər noyabrın 15-nə kimi qəbul olunur.

“Onlayn Media 2014” layihəsini Multimedia Mərkəzi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA Informasiya Texnologiyaları İnstitutu, Nar Mobile və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirir.

Geniş məlumat:  www.telim.org

ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.