Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Səsiniz olaq” adlı onlayn surdotərcümə xidmətindən 30-dan çox vətəndaş faydalanıb.
Xeberler.az bildirir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu il iyulun 28-dən Azərbaycanda ilk dəfə olaraq fəaliyyətə başlayan bu xidmət eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin üçüncü tərəfə (dövlət qurumları, özəl sektor və s.) ötürülməsini təmin edir.
Beləliklə, həmin şəxslərlə işarət dili bilməyən tərəflər arasında “virtual körpü” funksiyası yerinə yetirilir, yəni vətəndaş videozəng və ya mesaj vasitəsilə operatorla əlaqə saxlayır, operator tərcüməçi funksiyasını icra edərək, müraciətin istiqamətinə uyğun üçüncü tərəflə əlaqə yaradır, surdotərcümə vasitəsilə onlayn kommunikasiya qurulur.
Xidmətdən yararlanmaq üçün 055 213 19 97 əlaqə nömrəsinə vatsap və ya Teleqram platforması vasitəsilə müraciət etmək olar.
Vətəndaşlar xidmətdən hər həftənin bazar günü istisna olmaqla, həftənin 6 günü (bazar ertəsi – şənbə) saat 9:00-dan 16:00-dək faydalana bilərlər.
Surdotərcümə xidməti eşitmə və nitq məhdudiyyəti olan şəxslərə müxtəlif istiqamətlərdə müraciətlərini aidiyyəti tərəflərə düzgün və rahat şəkildə çatdırmaq imkanı yaradır.
Layihə inklüziv mühitin dəstəklənməsi, eşitmə və nitq məhdudiyyəti olan şəxslərlə cəmiyyətin digər üzvləri arasında sosial ünsiyyət maneələrinin aradan qaldırılması, informasiya mübadiləsinin təmin edilməsi məqsədi daşıyır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları