Previous Next
Bağla

Onlayn təhsil platforması təqdim olunacaq

28-06-2017 12:31
Onlayn təhsil platforması təqdim olunacaq

Azərbaycanın təhsil sahəsində daha bir yeni elektron resurs istifadəyə verilir. Belə ki, ölkəmizdə Test və Onlayn Repetitor Mərkəzi (TEOREM) platforması yaradılıb.

Xeberler.az bildirir ki, sabah Hilton otelində Teorem.az internet resursu və eyniadlı mobil tətbiqlər təqdim ediləcək.

Layihə komandasından verilən məlumata görə, TEOREM təhsil sahəsində müxtəlif  auditoriyalar və səviyyələr üzrə sınaq imtahanların təşkili və qiymətləndirilməsi üzrə platformadan, imtahanlara hazırlaşanlar üçün onlayn repetitor platformasından, müxtəlif təhsil müəssisələri və hazırlıq kursları üçün oflayn sınaq imtahanları təşkil etməyə imkan verən platformadan və müxtəlif dövrlərdə keçirilən imtahanlardan ibarət “Dinamika” bölməsindən ibarət təhsil resursudur.

Qeyd edək ki, TEOREM-də qeydiyyatdan keçən hər bir istifadəçi üçün geniş imkanlara malik virtual şəxsi otaq yaradılır. Qeydiyyatdan yeni keçənlər üçün pulsuz istifadə imkanları var.

TEOREM-in 100 minlik test bazasına daxil olan test tapşırıqları mövcud qaydalara uyğun olaraq (çətinlik dərəcəsi, relevantlığı, mövzuya, fəsillərə, siniflərə, yeni proqramlara uyğunluğu və s. nəzərə alınmaqla) kodlaşdırılıb.

TEOREM-in çoxsaylı xidmətlərindən daha effektiv istiafdə üçün müxtəlif ödəmə üsulları (plastik kart, SMS, E-manat, Portmanat və s.) mövcuddur.

Məlumata görə, yaxın müddətdə digər operatorlar vasitəsilə də ödəmə imkanları nəzərdə tutulub.

TEOREM-in Android iOS əməliyyat sistemləri üçüm mobil tətbqiləri hazırlanıb. Belə ki, mobil istiafdəçilər müvafiq internet mağazalardan və ya teorem.az saytındakı linklərdən istifadə edərək tətbiqləri öz mobil avadanlıqlarına ( mobil telefon, planşet, netbuk və s. ) yükləyə bilər.

Sistemdə  istifadəçilər üçün effektiv əlaqə imkanları, qarşıya çıxacaq suallara onlayn cavab tapmaq imkanları, hər bir gözlənilən suallara dərhal aydınlıq gətirən onlayn çat imkanları nəzərdə tutulub.

Onu da bildirək ki, layihənin ərsəyə gəlməsində peşəkar müəllimlər, proqramçılar və dizaynerlərin daxil olduğu çoxsaylı komanda iştirak edib.

Azercell şirkəti TEOREM-dən daha effektiv və əlverişli şərtlərlə istifadə üçün və mobil mühitə inteqrasiya məslələrinə dəstək verib.  Bu baxımdan TEOREM-in SMS ödəmə xidmətlərindən də ilk növbədə  Azercell abunəçilərinin istifadəsi mümkündür.

TEOREM onlayn təhsil platfrorması hazırlanarkən müxtəlif ekspertlər, təhsil qurumları və İT şirkətlərlə əməkdaşlıq edilib.

Layihənin hazırlıqlarına 2015-ci ildən başlanıb.

Teorem.az  resursu və onun mobil versiyaları haqqında sabahkı təqdimat mərasimində daha geniş məlumat veriləcəyi bildirilib

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Teorem.az-dan ilk Azercell abunəçiləri istifadə edə biləcək

29-06-2017

TEOREM onlayn təhsil resursunun təqdimatı keçirilib-Foto

29-06-2017

Sınaq imtahanında iştirak edə bilməyənlərin nəzərinə

04-05-2018

Onlayn təhsil sistemində yeniliklər edilib

26-01-2018

Teorem.az-a yeni xidmətlər əlavə edilib

12-09-2017

Müəllimlərin işə qəbul imtahanları necə təşkil olunmalıdır ?

30-07-2019

“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi

25-02-2021

Ödənişsiz onlayn sınaq imtahanı

04-05-2018

TQDK onlayn sınaq imtahanı keçirir

10-03-2015

Azərbaycanın İlk distant təhsil məktəbi

07-04-2020

Hesab.az mobil tətbiqi artıq daha yeni, rahat və funksionaldır!

24-08-2021

Events.az tədbirlər portalı yeni dizaynda fəaliyyətə başlayıb

24-07-2015

Ödəniş terminallarının mobil əlavələri istifadəyə veriləcək

19-11-2019

“Onlayn sınaq test imtahanları” elektron xidmətinə dəyişiklik edilib

19-05-2015

"Azercell" müəllimlərə dəstək olub

28-04-2020

Onlayn laboratoriya təqdim olunacaq

21-02-2012

“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib

07-04-2020

Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan

09-07-2020

DİM onlayn sınaq imtahanları keçirəcək

30-04-2018

Onlayn laboratoriyanın təqdimatı olub

23-02-2012

PAŞA Bank kartlarının balansı artıq Hesab.az-da

01-09-2021

Jurnalistlərin peşəkarlığının artırılmasına kömək məqsədilə Təlimlərə start verilir

17-10-2013

Gənc OL abunəçiləri üçün endirim kampaniyaları

29-12-2015

"Azercell" mobil ödəmə xidmətini fakturalı xətt abunəçiləri üçün aktivləşdirib

21-11-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə